Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-379/2024 10.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Tağı oğlunun sədrliyi, Abdulova Lalə Adil qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-3063/2024 saylı qərardadına izah verilməsi barədə iddiaçı X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyan" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (qeyd olunan 2(007)-3063/2024 saylı mülki iş hazırda məhkəmənin icraatındadır), istehlakçı hüquqlarının təsdiq edilməsi, SS534579327 AZ ştrix kodlu sifarişili xəbərnaməli məktub üzrə: Qanunun 9.1-ci maddəsinə əsasən, cavabdeh tərəfindən göstərilən xidmətin geri qaytarılmasına (xitam verilməsinə) və vurulmuş real zərər üçün 1.0 manat pul məbİəğinin cavabdehdən; cavabdehdən xidmətin gecikdirilməsi ilə bağlı vurulmuş maddi zərər üçün 50000 (əlli min) manat məbləğində dəbbə pulunun; cavabdehdən mühüm qüsurların aradan qaldırılmaması ilə bağlı vurulmuş maddi zərər üçün 680000 (altı yüz səksən min) manat məbləğində dəbbə pulunun; Qanunun 9.8-ci maddəsinə, “Poçt haqqında” Qanununun 17.1.3 maddəsinə əsasən, cavabdehdən məktubun itirilməsi ilə bağlı vurulmuş maddi zərər üçün 5 (beş) manat pul məbləğinin və bu məbləğ ödənilmədiyinə görə, MM-nin 449.1-ci maddəsinə müvafiq olaraq, 900 (doqquz yüz) manat məbləğində faizlərin; cavabdehdən subyektiv, obyektiv hüquqlarının və sağlamlığının pozulması ilə bağlı vurulmuş mənəvi zərər üçün ******* (dörd milyon üç yüz qırx iki min dörd yüz) manat pul məbləğinin; ümumilikdə ******* (beş milyon yetmiş üç min üç yüz altı) manat pul məbləğinin onun xeyrinə tutulmasına dair, SS534579579 AZ ştrix kodlu sifarişli xəbərnaməli məktub üzrə: Qanunun 9.1-ci maddəsinə əsasən, cavabdeh tərəfindən göstərilən xidmətin geri qaytarılmasına (xitam verilməsinə) və vurulmuş real zərər üçün 1.0 manat pul məbləğinin cavabdehdən; cavabdehdən xidmətin gecikdirilməsi ilə bağlı vurulmuş maddi zərər üçün 50000 (əlli min) manat məbləğində dəbbə pulunun; cavabdehdən mühüm qüsurların aradan qaldırılmaması ilə bağlı vurulmuş maddi zərər üçün 720000 (yeddi yüz iyirmi min) manat məbləğində dəbbə pulunun; Qanunun 9.8-ci maddəsinə, “Poçt haqqında” Qanununun 17.1.3 maddəsinə əsasən, cavabdehdən məktubun itirilməsi ilə bağlı vurulmuş maddi zərər üçün 5 (beş) manat pul məbləğinin və bu məbləğ ödənilmədiyinə görə, MM-nin 449.1-ci maddəsinə müvafiq olaraq, 900 (doqquz yüz) manat məbləğində faizlərin; cavabdehdən subyektiv, obyektiv hüquqlarının və sağlamlığının pozulması ilə bağlı vurulmuş mənəvi zərər üçün ******* (dörd milyon üç yüz yetmiş doqquz min iki yüz) manat pul məbləğinin; ümumilikdə ******* (beş milyon yüz əlli min yüz) manat pul məbləğinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı X2 “mütəxəssislərin təyin edilməsi” barədə vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, MPM-in 63, 64, 76, 77, 81, 88, 91, 97-ci maddələrini rəhbər tutaraq xahiş edir ki, iddia ərizəsində göstərilən faktlara, hallara dair aşağıda göstərilən suallar üzrə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin səlahiyətli mütəxəssislərinin təyin edilməsi barədə qərardad çıxarılsın, Mütəxəssisin qarşısında aşağıdakı suallar qoyulsun: 1) Sifarişli poçt göndərişinin ünvanı üzrə çatdırılmasının müəyyən edilmiş normativ-keçid müddətində icra olunmaması sifariş üzrə göstərilən poçt xidmətinin mühüm qüsurla yüklənməsinə dəlalət edirmi? 2) Sifarişli poçt göndərişinin ünvanı üzrə çatdırılmasının ümumiyyətlə icra olunmaması sifariş üzrə göstərilən poçt xidmətinin mühüm qüsurla yüklənməsinə dəlalət edirmi? 3) Sifarişli poçt göndərişinin itirilməsi sifariş üzrə göstərilən poçt xidmətinin mühüm qüsurla yüklənməsinə dəlalət edirmi? 4) Göstərilən xidmətin qüsurla yüklənməsi bu xidmətə aid keyfiyyət üzrə tələblərin pozulmasına dəlalət edirmi? 5) İstehlakçının əmlakı sayılan sifarişli poçt göndərişinin ünvanı üzrə çatdırılması ilə bağlı əvəzli xidmətin qüsurla yüklənməsi, yəni sifarişli poçt göndərişinin ünvanı üzrə vaxtında çatdırılmaması və ya ümumiyyətlə çatdırılmaması, itirilməsi istehlakçının əmlakına münasibətdə təhlükənin yaranmasına dəlalət edirmi? 6) Əvəzli xidmətin qüsurla yüklənməsi, yəni sifarişli poçt göndərişinin ünvanı üzrə vaxtında çatdırılmaması və ya çatdırılmaması, itirilməsi istehlakçının əmlakına münasibətdə təhlükənin yaranmasına dəlalət edirmi? 7) Qüsurla yüklənmiş xidmət istehlakçının əmlakına zərər vurduqda və ya zərər vura bilərsə, onun satışının və göstərilməsinin zərər vura bilən səbəblər aradan qaldırılanadək dayandırması və istehlakçıdan geri qaytarılması üçün icraçı tətəfindən tədbirlərin görülməməsi istehlakçının əmlakına münasibətdə təhlükənin yaranmasına dəlalət edirmi? 8) Xidmətin qüsurla yüklənməsindən icraçı xəbərdar olduğu halda istehlakçıya həmin qüsur barədə məlumatın dərhal verilməməsi istehlakçının xidmət, xidmətin gedişi haqqında məlumat almaq hüququnun pozulmasına dəlalət edirmi? 9) Digər xidmət haqqında məlumat əldə edilməsi üçün göndərilmiş məktubun ünvanı üzrə çatdırılmaması və ya itirilməsi istehlakçının xidmət haqqında məlumat almaq hüququnun pozulmasına dəlalət edirmi? 10) "Poçt haqqında" Qanununun 8.0.2-ci maddəsinə görə, poçt rabitəsi sahəsində istifadəçilərin hüquqları qorunur. Bu halda digər istifadəçilərlə müqayisədə istehlakçının hüquqlarının qorunmaması poçt rabitəsi sahəsində onun tələbatlarının ödənilməsində bərabərlik hüququnun pozulmasına dəlalət edirmi? Xahiş edir ki, yuxarıdakı sualların nəticələri iş materiallarına əlavə edilib, tətbiq edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-3063/2024 saylı qərardadına əsasən, iddiaçı X1 “mütəxəssislərin təyin edilməsi” barədə vəsatətinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı X2 ərizə ilə məhkəməyə müraciət edərək, sözügedən qərardadın təfsilatla yazılı izah edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 izahat verərək bildirdi ki, elektron kabinetdən istifadə edə bilmədiyi üçün məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(007)-3063/2024 saylı qərardadını əldə edə bilməmişdir. Ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, hazırkı iş üzrə ərizəçinin izahatını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, qanunverici, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq, məhkəmə aktlarına izah verilməsi institutunu nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Maddənin məzmunundan göründüyü kimi, məhkəmə aktının izah olunması barədə məsələ həmin aktın məzmununun toxunulmazlığı ilə şərtləndirilmişdir. Xüsusi olaraq nəzərə alınmalıdır ki, məhkəmə aktlarına izah verilməsi institutu mübahisənin mahiyyəti üzrə həll edilməsinə deyil, yalnız izah verilməsi xahiş edilmiş aktın məzmununda olan qeyri-müəyyən ifadələrin və ya halların aydınlaşdırılmasına yönəlmişdir. Yəni, məhkəmə aktına izah verərkən məhkəmə əlavə sübutlar tələb etmədən və araşdırmadan müvafiq aktda aydın olmayan halları izah edir. Odur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirdiyi üçün ona izah verilməsi yalnız qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarda mümkündür və normativ aktlarda nəzərdə tutulmayan hər hansı hal üçün bu institutun tətbiqi hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb olardı. Məhkəmə, ərizəçinin (iddiaçının) ərizəsinə də bu aspektdən yanaşaraq bildirir ki, izah verilməsi xahiş edilən qərardadda vəsatətin təmin edilməməsi əsasları kifayət qədər aydın şəkildə ifadə edilmişdir. Qeyd olunanlar ona dəlalət edir ki, qərardadın məzmununda izahla aydınlaşdırılmalı olan qeyri-müəyyən ifadələr və ya hallar mövcud deyil, qərardada izah verilməsinə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından hər hansı hüquqi əsaslar yoxdur, ərizə isə əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 230, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-3063/2024 saylı qərardadına izah verilməsi barədə iddiaçı X1 ərizəsi təmin edilməsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №8(007)-379/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-379/2024
10.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver