Məhkəmə qərarları › İş №8(007)-38/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-38/2023

06.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-38/2023 06.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-99/2021 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 ərizə ilə Nizami Rayon Məhkəməsinə müaciət edərək Nizami Rayon Məhkəməsinin 2(007)-99/2021 saylı qətnaməsinin icra üsulunun dəyişərək, birgə nikahdan doğulmuş, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X10 ilə hər həftənin bazar günü saat 12:00-dan 18:00-dək onunla birlikdə saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, X5 ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2011-ci il tarixdə X9 və xx.xx.2012-ci il tarixdə X10 adlı övladları dünyaya gəlmişdir. Cavabdehlə əvvəllər münasibətləri normal olsa da sonradan kəskin pisləşmişdir. X2 Tural Xanbala oğluna qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakin bölünməsinə dair” iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-2060/2019 saylı qətnaməsi ilə xx.xx.2010-cu il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 639 saylı qeyd edilmiş nikah pozulmuşdur. Azyaşlı övladları ilə görüşmək, ünsiyyətdə olmaq üçün tərəfindən Nizami Rayon Məhkəməsində “uşaqlarla görüş günlərinin müəyyən edilməsi barədə” iddia qaldırılmışdır. Nizami Rayon Məhkəməsinin 2(007)-99/2021 saylı qətnaməsi ilə ona övladları xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X10 ilə hər həftənin şənbə günü saat 12:00-dan bazar günü saat 18:00-dək görüş günləri müəyyən edilmişdir. Lakin işi ilə əlaqədar olaraq həftənin şənbə günlərində o, uşaqlarla görüşə bilmir. X3 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizənin baxılmadan geri qaytarılması barədə ərizəni tədqiq edərək hesab edir ki, X1 qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsi baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-99/2021 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsi baxılmadan geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar