Məhkəmə qərarları › İş №8(007)-380/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-380/2022

21.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-380/2022 21.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi Borclu iştirakı ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə icra məmuru Fəxrəddin Şahhüseynovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon məhkəməsinin 2(007)-865/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən X3 ilə Azərbaycan Beynəlxalq Bankı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməli olan məbləğin 10.000 (on min) manat hissəsi və “Mercedes Benz E240” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasından əldə olunmuş pul vəsaitindən 5000 (beş min) manatı, ümumilikdə 15.000 (on beş min) manat pul vəsaiti Borclu alınaraq X2 verilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-511/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 160 manat olmaqla ümumilikdə 320 manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulmalıdır. İcra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə göndərilmişdir. İcra məmuru Fəxrəddin Şahhüseynov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra zamanı borcluya icra sənədlərindəki tələblərin icrası haqqında qərar və bildiriş göndərilmiş, lakin borc tələbi müəyyən edilən vaxtdan tələbkarın xeyrinə ödənilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-511/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən hal-hazırda aliment borcu 5350 manat və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-865/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən isə tələbkara ödənilməli olan ümumilikdə 20.000 manat pul vəsaiti ödənilməmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-865/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi nəzərdən keçirilən zaman Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 16 saylı evin 50 saylı mənzili Borclu və X1 birgə nikah müddətində əldə etdikləri ümumi birgə mülkiyyətdə olan əmlak kimi bölünərək, X1 ½, Borclu ½ pay hüququnun tanınmasının qərara alındığı müəyyən olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Borclu ½ hissədə məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 16 saylı evin 50 saylı mənzilinin üzərinə həbs qoyulması və hərrac vasitəsilə satılaraq borc pul vəsaitinin qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Borclu təqdimata etiraz etdiyini bildirdi və onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, təqdimat vermiş icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat qismən təmin edilməlidir. “Elektron Məhkəmə” İnformasiya sistemindən Çıxarışdan görünür ki, Borclu məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 16, 50 saylı mənzili mövcuddur. Məhkəmə hesab edir ki, borc məbləğində münasibətdə qeyd olunan mənzilin üzərinə həbs qoyulmalı, təqdimatda qeyd olunan digər məsələlər icra tədbiri çərçivəsində həyata keçirilməli olduğundan təqdimat qalan hissədə təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı qismən təmin edilməli, Borclu yetərli pul vəsaiti olmadığından icra sənədinin icrasının təmini məqsədi ilə onun adına qeydiyyatda olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 16, 50 saylı mənzilinin üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-865/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(007)-511/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə Borclu yetərli pul vəsaiti olmadığından icra sənədinin icrasının təmini məqsədi oğlunun adına qeydiyyatda olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 16, 50 saylı mənzilinin üzərinə üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardadın icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar