Məhkəmə qərarları › İş №8(007)-381/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-381/2022

24.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-381/2022 24.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hаkim Mirzəyev Fikrət Xasay оğlunun sədrliyi, X1 kаtibliyi, Borclu iştirakı ilə , Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1186/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsi barədə Nizami rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun ərizəsinə açıq məhkəmə iclasında bахаrаq MÜƏYYƏN ЕTDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1186/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdehlər X2 və Borclu qarşı alqı-satqı müqaviləsinin və ondan irəli gələn hüquqi nəticələrin ləğv olunması tələbinə dair iddiası təmin olunmuş, X5 ilə Borclu arasında bağlanmış və Bakı şəhərindəki 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş 26 yanvar 2015-ci il tarixli, AN-İ seriyalı,0484931 saylı alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin ləğv olunması qət olunmuşdur. Nizami rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanov həmin qətnaməyə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd olunan qətnamənin icra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq məlumat üçün tərəflərə göndərilmişdir.İcra sənədi alqı-satqı müqaviləsinin ləğvi hissəsində icra edilməsi üçün Bakı şəhəri 15 saylı Notariat ofisinə göndərilmiş və göstərilən icra sənədi noatariat ofisinin 1046 saylı, xx.xx.2022-ci il tarixli məktubu əsasında icra olunmuşdur. Sonradan icra vərəqəsi üzrə göstərilmiş olan xx.xx.2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinin hüquqi nəticələrinin ləğvi hissəsində icra edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşnmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinə göndərilmişdir.Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)- 507/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Nizami rayonu, Ə.Əzimzadə küçəsi 12 saylı evin, 14 saylı mənzilindən X3 və Borclu hər birinin 1/2 hissədə pay hüququ tanınmış və göstərilən icra vərəqəsi icra edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşnmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə göndərilmişdir.Yuxarıda göstərilən icra vərəqəsi üzrə daşınmaz əmlakın dövlət reysterində müvafiq qeydlər aparıldığından Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1186/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrası mümkün olmamışdır.Odur ki, icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1186/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsini xahiş edir. Məhkəmə iclasında Borclu bildirmişdir ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1186/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı izah verilməlidir.Xahiş etmişdir ki, icra məmurunun müraciəti təmin olunsun. Ərizəyə baxılması ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına icra məmuru və tələbkar gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə, ərizəni və iş mаtеriаllаrını nəzərdən kеçirib hеsаb еdir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Reaspublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qeyd olunan prosessual-hüquq normalarının məzmunundan görünür ki, hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah edə bilər. Qətnamənin məzmunundan görünür ki, X5 ilə Borclu arasında bağlanmış və Bakı şəhərindəki 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş 26 yanvar 2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin ləğv olunması qət olunmuşdur. Məhkəmə izah verir ki, X5 ilə Borclu arasında bağlanmış və Bakı şəhərindəki 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş 26 yanvar 2015-ci il tarixli, AN- İ seriyalı,0484931 saylı alqı-satqı müqaviləsi hər hansı bir hüquqi nəticəyə səbəb olmuşdursa (mülkiyyət şəhadətnaməsi, çıxarış verilmişdirsə, mənzil hər-hansı bir formada özəninkiləşdirilmişdirsə və s.) həmin hüquqi nəticələr ləğv olunmalıdır. Belə nəticələr yoxdursa alqı-satqının ləğv olunması hissəsində qətnamə icra edildikdə həmin icra sənədi üzrə icra işi icra edilmiş sayılır. Yuхаrıdа göstərilənlərə əsаsən və Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 263, 264, 268-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Ərizə təmin olunsun. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1186/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsinə aşağıdakı məzmunda izah verilsin: X5 ilə Borclu arasında bağlanmış və Bakı şəhərindəki 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş 26 yanvar 2015-ci il tarixli, AN-İ seriyalı,0484931 saylı alqı-satqı müqaviləsi hər hansı bir hüquqi nəticəyə səbəb olmuşdursa (mülkiyyət şəhadətnaməsi, çıxarış verilmişdirsə, mənzil hər-hansı bir formada özəninkiləşdirilmişdirsə və s.) həmin hüquqi nəticələr ləğv olunmalıdır. Belə nəticələr yoxdursa alqı-satqının ləğv olunması hissəsində qətnamə icra edildikdə həmin icra sənədi üzrə icra işi icra edilmiş sayılır. Qərаrdаddаn 10 (оn) gün müddətində Bаkı şəhəri Nizаmi Rаyоn Məhkəməsinə şikаyət vеrilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar