Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-392/2025 26.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, X1 iştirakı ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, e-2(007)- 1875/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair X3 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. X3 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, e-2(007)- 1875/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, e- 2(007)-1875/2023 saylı qətnamə ilə borclu olduğu 1883,29 manat məbləğin hissə-hissə olaraq hər ay 100 manat ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
2. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh X6 qarşı "borcun tutulması" tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, e2(007)-1875/2023 saylı qətnaməsi ilə İddia təmin edilmiş və X4 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1947,87 manat əsas,387,77 manat faiz borcu olmaqla, cəmi 2335.64 manat borc və 43,36 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Nəzərə çatdırır ki, "xxxx" ASC-yǝ borclu olduğu 2335.64 manat məbləğin çox hissəsini ödəmiş, cəmi 633,61 manat borc qalıbdır. Lakin bankdan əldə etdiyi arayışda qeyd olunub ki, onun 1883,29 manat borcu qalıb. Onun bir başa 1883,29 manat pulu ödəməyə imkanı yoxdur, lakin o, pulu ödəməkdən imtina etmir. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin qərarı ilə onun əmək haqqının borca görə 50% tutulur. Onun əmək haqqından 50% tutulanda ailəsinin dolanması üçün çox az məbləğ qalır. O, pulu ödəməkdən imtina etmir, hər ay mütamadi olaraq 100 manat ödəyə bilər.
3. Tələbkar ASC elektron kabinet vasitəsilə etiraz verərək bildirmişdir ki, Nizami Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(007)-1875/2023 saylı qərarına əsasən X3ndan Tələbkar ASC-nin xeyrinə ümumilikdə 2335.64 manat məbləğində kredit borcu və 43.36 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qeyd olunan icra sənədinin qəbul olunmasından müəyyən müddət keçməsinə baxmayaraq bu günə qədər borc ödənilməmişdir. Borclu X2 Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(007)- 1875/2023 saylı icra sənədi üzrə ödəməli olduğu borc məbləğinin hissə-hissə ödənilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə tərəfindən banka göndərilən bildirişdə Nizami Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(007)-1875/2023 saylı icra sənədi üzrə X1 qeyd edilən borcun hissə-hissə ödənilməsinə dair ərizəsinə məhkəmə iclasında baxılması 26 sentyabr 2025-ci il tarixdə, saat 11:20-a təyin edildiyi göstərilmişdir. Bildirir ki, borclunun hissə-hissə ödənilmə ilə bağlı ərizəsinə etiraz edirlər. Belə ki, bankın əməkdaşları tərəfindən borclunun özü ilə dəfələrlə əlaqə yaradılmış hər dəfəsində müxtəlif bəhanələr gətirərək borcu ödəyəcəyini bildirmiş və xx.xx.2025-ci il tarixdən bu vaxtadək heç bir ödəniş etməmişdir. Hazırda borclunun ərizə ilə məhkəməyə müraciət etməsi məhkəmə qətnaməsinin icrasını ləngitmək məqsədi daşıyır. Möhtərəm hakim, bank borclu ilə dəfələrlə razılıq əldə etmək üçün danışıqlar aparmış, lakin borclu müəyyən bəhanələr gətirərək borc öhdəliyini yerinə yetirməmiş və məhkəmə əmrinin icrasının uzadılması üçün belə bir addım atmışdır. Nizami Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(007)- 1875/2023 saylı icra sənədi qeyd edilən borcun hissə-hissə ödənilməsi ilə bağlı X1 ərizəsinin təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında X3 ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
6. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.
7. Odur ki, məhkəmə ərizəyə icra məmurunun və tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
İş materialları:
8. Nizami Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(007)-1875/2023 saylı qətnaməsinə əsasən X4 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1947,87 manat əsas, 387,77 manat faiz borcu olmaqla, cəmi 2335,64 manat borc və 43,36 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
9. 06 may 2024-cü il tarixli Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmurunun icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, e-2(007)-1875/2023 saylı icra sənədi üzrə icraata başlanması qərara alınmışdır.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Rеspublikasının Konstitusiyasının:
129-cu maddəsinə əsasən məhkəmənin qəbul еtdiyi qərarlar dövlətin adından çıхarılır və onların icrası məcburidir.
11. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin:
15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
12. «İcra Haqqında» Azərbaycan Rеspublikasının Qanununun: 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət vеrilməsi və ya onun hissə-hissə icrası haqqında işə baхmış məhkəməyə müraciət еdə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən еdilmiş qaydada baхır.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2015-ci il tarixli Qərarı:
Qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. Burada bir daha nəzərə almaq lazımdır ki, möhlət verilməsi nəticəsində qanuni qüvvəyə minmiş qətnamə üzrə icra hərəkətlərinin uzun müddət ərzində başlaya bilməməsi məhkəməyə müraciət etmək hüququnun, habelə məhkəmə müdafiəsi təminatının ağlabatan müddətdə həyata keçirilməsi tələbinin pozulmasına gətirib çıxara bilər. Belə ki, artıq qeyd edildiyi kimi, məhkəməyə müraciət etmək hüququ, həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Yuxarıda göstərilən səbəbdən icra üzrə icraatın uzun müddət ərzində başlanmaması məhkəməyə müraciət etmək hüququnu əhəmiyyətsiz edə bilər.
14. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Rеspublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tariхli 4 №-li qərarının:
12-ci bəndində göstərilir ki, qətnamənin icrasına möhlət vеrilməsi və ya onun hissəhissə icra edilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaхud borclu üçün yaranmış əlvеrişsiz hallarda tətbiq oluna bilər və məhkəmələr bu məsələləri həll еtdikdə təkcə borclunun dеyil, tələbkarın mənafеyini də nəzərə almalıdırlar.
15. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlannın və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının:
6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə borclunu dinləyib, ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmamalıdır.
17. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231.1-ci maddəsinin mənasından görünür ki, qətnamənin icrasına möhlət vеrməyə və ya qətnaməni hissəhissə icra еtdirməyə dair ərizələrə baхarkən işə baхmış hakim tərəfindən tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınmalıdır.
18. Belə ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icra edilməsinə o hallarda yol verilir ki, belə icra mümkün olur, borcluya məxsus əmlak mövcud olmur və məhkəmə, qətnamənin digər formada icra olunmasının qeyri-mümkün olduğu qənaətinə gəlir.
19. Bundan başqa məhkəmə qeyd edir ki, prosessual qanunvericilikdə qətnamənin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır.
20. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Məhkəmə nəzərə alır ki, borclu qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi dair ərizə ilə müraciət edərkən bunun səbəbi kimi maddi imkanının aşağı olması ilə əlaqədar oduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz.
21. Həmçinin tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin hissə-hissə icra olunmasını təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Borclu ərizəsində maddi imkanının aşağı olduğunu bildirmişdir. Belə olan halda qətnamənin icrasını mümkünsüz edən əlverişsiz hal mövcud olmadığı müəyyən olunur.
Nəticə:
22. Buna görə məhkəmə hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, e-2(007)-1875/2023 saylı qətnaməsində göstərilən borc məbləğinin “hissə-hissə icra edilməsi”nə dair X3 tərəfindən verilmiş ərizə təmin edilməməlidir.
23. Yuхarıda qеyd olunanlara əsasən və Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231.2, 231.4, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, e-2(007)- 1875/2023 saylı qətnaməsində göstərilən borc məbləğinin “hissə-hissə icra edilməsi”nə dair X3 tərəfindən verilmiş ərizə rədd еdilsin. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Ülkər Yusifova