Məhkəmə qərarları › İş №8(007)-394/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-394/2022

25.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-394/2022 25.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, Borclu “məcburi qaydada gətirilməsi” barədə ünvan 3i Rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: ünvan 3i Rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov Borclu “məcburi qaydada gətirilməsi” barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, ünvan 3i Rayon Məhkəməsinin e-2(007)- 2636/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə əmrinə əsasən Borclu Tələbkar MMC-nin xeyrinə cəmi 741 manat borc pul vəsaitinin tutulması qərara alınmışdır. İcra sənədi üzrə “icraata başlamaq haqqında” qərar qəbul edilərək tələbin könüllü icrasına dair bildirişlə borcluya göndərilmişdir. Borclu könüllü müddət ərzində icra sənədi üzrə tələbi icra etməmişdir. Sonrakı müddət ərzində Borclu borcla əlaqədar borcunun olması bildirilsədə borcu ödəməmiş, dəfələrlə şöbəyə dəvət olunmasına baxmayaraq şöbəyə gəlməmiş, gəlməməsinin səbəbini bildirməyərək, məhkəmə qərarını qərəzli formada icra etməmişdir. Göstərilənlərə əsasən, ünvan 3i Rayon Məhkəməsinin e-2(007)-2636/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1995-ci ildə anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu Nizami Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Borclunun məcburi gətirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ünvan 3i Rayon Məhkəməsinin e-2(007)-2636/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ünvan 3i Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. - ünvan 3i Rayon Məhkəməsinin e-2(007)-2636/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Borclu 02 avqust 2018-ci il tarixli müqavilə üzrə 654 manat əsas borc, 67 manat dəbbə pulu, cəmi 721 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu Tələbkar MMC-nin xeyrinə tutulması əmr edilmişdir. - xx.xx.2021-ci il tarixli ünvan 3i Rayon İcra Şöbəsinin icra məmurunun icraata başlamaq haqqında qərarından görünür ki, ünvan 3i Rayon Məhkəməsinin e-2(007)- 2636/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - ünvan 3i Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixli qərarla icra məmuru icraata başlamış və ünvan 3i Rayon Məhkəməsinin e-2(007)-2636/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin 10 (on) gün müddətində könüllü icra edilməsi borcludan xahiş olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi bu normanın tətbiqi üçün əsas yalnız borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır. İş materillarından görünür ki, borclu icra məmurunun çağırışına gəlməkdən yayınır. Eyni zamanda, Borclu məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlı olmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Borclu İcra Şöbəsinə gəlməkdən qəsdən boyun qaçırmışdır, icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayındığından o, məcburi gətirilməlidir. Şərh olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-cü maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ünvan 3i Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərarın icrası ünvan 3i Rayon Polis İdarəsinə və ünvan 3i Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ünvan 3i Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar