Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-40/2023 16.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, Tələbkarın nümayəndəsi Nümayəndə, Borclu (Layca) oğlunun iştirakları ilə, Borclu (Layca) oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-4647/2018 saylı icra sənədinə əsasən iddia qismən təmin edilərək, cavabdehlər X3, X1 və Borclu müştərək qaydada 11000 (on bir min) ABŞ dolları (ödəniş günü dolların manata olan məzənnəsi ilə manatla), 5000 (beş) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutulmuşdur. İcra sənədi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. İcra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4647/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, iş üzrə borclular Borclu, X2 və X4 müştərək qaydada 11000 ABŞ dolları, 5030 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, könüllü icra barədə bildirişlə icra olunması üçün Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Verilmiş könüllü müddət ərzində borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçün ona şöbəyə gəlməsi barədə məktub göndərilmiş, icra vərəqəsi və qanunverciliyin tələbləri bir daha izah edilmiş və sonradan izahatı alınmışdır. Borclu müxtəlif vaxtlarda respublika sərhədini tərk etmişdir. Lakin icra sənədi şöbənin icraatına daxil olduğu vaxtdan hazırkı vaxtadək borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Odur ki, icra sənədinin icrasından yayınan Borclu ölkə xaricinə çıxması icra sənədinin icrası istiqamətində hərəkətlərin davam etdirilməsinə mane olur. Qeyd edilənlərə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 4647/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə olan xx.xx.1957-ci il təvəllüdlü, Sisian rayonu, Qızıl-Şəfəq kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-337/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4647/2018 nömrəli, xx.xx.2018-ci tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin təqdimatın təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Tələbkar ərizə təmin edilərək, 8(007)-337/2022 saylı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddət Tələbkar münasibətdə bərpa edilmiş, qərardaddan şikayət vermə müddəti bitdikdən sonra iş apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-10/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-337/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilərək icraat təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Borclu xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-4647/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən iş üzrə borclular X1,X3 və Borclu müştərək qaydada 11000 ABŞ dolları və 5030 manat pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, Nizami Rayon Məhkəməsi 8(007)-174/2021 saylı qərardadı ilə (əlavə olunur) Göygöl rayonunda yerləşən və ona məxsus olan 0,20 ha sahəsi olan torpağına həbs qoymuşdur. Həmin torpaq sahəsi xx.xx.2022-ci ildə hərraca çıxarıldı (hərrac mərkəzinin məktubu əlavə olunur) və 1000 manata Tələbkar tərəfindən alındı. Bu barədə icra məmurunun təqdimatına əsasən torpaq üzərində həbsin götürülməsi barəsində Nizami Rayon Məhkəməsinin 8(007)-103/2022 saylı qərardadında müvafiq qeydlər vardır. Tələbkar onun həyat yoldaşı X5 qardaşı olmasına baxmayaraq, Svetlananın işlədiyi təhsil sahəsinin rəhbərliyinə, Təhsil Nazirinə və Bakı Baş Təhsil İdarəsinin rəisinə ünvanladığı böhtan və təhqirdən ibarət ərizəsinə görə Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə S.Hüseynovaya vurduğu mənəvi ziyana görə ona, 1000 manat pul ödəməli idi. Səbail Rayon Məhkəməsinin icra sənədi xx.xx.2020-ci ildə Səbail rayon icra şöbəsinə daxil olsa da, xx.xx.2022-ci il tarixədək borclu Tələbkar qətnamənin tələbini yerinə yetirməmişdir. Lakin o, Tələbkar olan borcundan 1000 manatın qarşılıqlı əvəzlənməsi haqqında Səbail rayon ocra şöbəsinə ərizə yazmış və icra sənədinə xitam verilməsinə razılıq vermişdir. xx.xx.2022-ci il tarixdə də poçt vasitəsi ilə Tələbkar adına yaşadığı Bayıl qəsəbəsi, 20-ci sahə Y.Mürsəlov küçəsi ö/t ev 26 ünvana üç ədəd poçt göndərişi ilə 5910 manat ödəmişdir. Ümumilikdə isə dolayı ödənişlərlə birlikdə 7910 manat pul ödəmişdir (sübutlar məhkəmənin gedişində tərəfindən hakimə təqdim olunmuşdur). Məhkəmə qətnaməsinə və icra sənədinə əsasən 11000 ABŞ dolları və 5030 manat üç cavabdeh tərəfindən müştərək qaydada, yəni hər biri tərəfindən eyni məbləğdə ödənməlidir. Yəni 11000ABŞ dolları:3=3667ABŞ dolları və 5030 manat: 3=1676 manat. Valyuta kursunu nəzərə alınsa 3667ABŞ dollar x 1.7 manat=6234 manat. Ümumilikdə hər bir cavabdehin borcu 6234+1676=7910 manat təşkil edir. Beləliklə icra sənədi üzrə Tələbkar olan borcunu tam ödəmişdir və bu barədə Nizami rayon icra şöbəsinə yazılı məlumat vermişdir. Buna baxmayaraq icra məmuru Zaur Həmzəyev barəsində yalan və böhtan xarakterli məlumatlardan ibarət təqdimat tərtib edərək, məhkəməyə təqdim etmişdir. Təqdimatda göstərmişdir ki, təqdimat məhkəməyə verilən günədək Borclu bir manat da pul ödəməmişdir və dəfələrlə ölkə sərhəddini tərk edərək xarici səfərlərdə olmuşdur. Halbuki, yuxarıda qeyd etdiyi kimi o, təqdimatdan 5-6 ay əvvəl Tələbkar 7910 manat pul ödəmiş və onun heç ümumvətəndaşlıq pasportu yoxdur ki, onsuz onun xaricə getməyi necə mümkün ola bilərdi. İcra məmurunun digər borclular bərəsində qanunamüvafiq icra hərəkətləri etməməsi, yəni hərəkətsizliyi nəticəsində borcun ödənilməməsinin ona heç bir aidiyyəti yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 506.2-ci və 504-cü maddələri aşkar şəkildə bəyan edir ki, bir borclunun ödəmədiyi borc məbləği digər borclulardan tələb oluna bilməz, müştərəklik zaminlik deyildir. Qanunvericiliyin tələblərinin ziddinə icra məmurunun Tələbkar bütün borc məbləğini ondan tələb etməsi və barəsində təqdimat verməsi isə qanunsuz və əsassızdır. Bu tələb özlüyündə qanuni qüvvəyə minmiş və borcun müştərək qaydada ödənilməsini qət etmiş Nizami Rayon Məhkəməsinin 2(007)-4647/2018 saylı qətnaməsini inkar etməkdir. Məhkəmənin nəzərinə çatdırır ki, onunla Tələbkar arasında heç bir müqavilə və ya öhdəlik bağlanmamışdır və ona görə də onlar birgə borclu sayıla bilməzlər. İcra məmuru X14 İlhamın əvəzinə bu tələbi etməsi isə qanunsuz və gülüncdür. Nizami Rayon Məhkəməsi icra məmurunun bu qanunsuz hərəkətinə də hüquqi qiymət verməmişdir. Onunla Tələbkar arasında birgə borcluluq barəsində müqavilə olsun və Tələbkar həmin müqaviləyə əsasən borcunun konkret bir borcludan tutulması barəsində məhkəməyə iddia ərizəsi versin. Məhkəmənin nəzərinə çatdırır ki, Tələbkar iddia vermək hüqüqundan 2018-ci ildə istifadə edib və onun iddiası üzrə məhkəmənin 2(007)-4647/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi var. Yuxarıda sadaladığı qanunvericiliyin normaları da təsdiq edir ki, onun Tələbkar ödənilməmiş borcu yoxdur. Nizami Rayon Məhkəməsi qərardadını əsaslandırarkən qanunvericiliyin tələblərininə uyğun olaraq aşağıdakı nəticəyə gəlmişdir: "Borclu məhkəməyə təqdim etdiyi Bakı şəhəri Nizami rayon icra şöbəsinin rəisinə ünvanladığı ərizəsinin surətindən ona əlavə edilmiş qəbz və digər sənədlərdən görünür ki, Borclu 7910 manat ödəniş etmişdir”. Məhkəmənin nəzərinə çatdırır ki, bütün borcun ona aid edildiyi heç bir məhkəmə qətnaməsi yoxdur və ona görə də müştərək borcun tam məbləğinin ona aid edilməsi qanunsuz və əsassızdır. İcra məmuru Zaur Həmzəyev “İcra Məmurları Haqqında” Qanunun 7-ci və 9-cu maddələrinin tələblərini kobud şəkildə pozmaqla bərabər, rəsmi sənəd olan təqdimatda verdiyi məlumatlarla Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini də etmişdir. Ona görə də, icra məmuru Zaur Həmzəyev barəsində xüsusi qərardad qəbul edilib Respublika Prokurorluğuna göndərilməlidir. İcra məmuru Zaur Həmzəyev böhtan, iftira və yalandan ibarət təqdimatımda göstərdiyi əsasız saxta faktları məhkəmənin gedişində sübut edə bilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Nizami Rayon Məhkəməsinin qərardadının ləğv edilməsi barədə çıxardığı qərardadında aşağıdakı hüquq və qanun pozuntularına yol vermişdir. 6-cı bənd üzrə birinci instansiya məhkəməsinə qanunsuz nöqsan tutulmuşdur ki, məhkəmə nə üçün təqdimatın əsaslılığını sübut edən faktları araşdırıb tapmamışdır, bu tələb isə MPM-nin 77.1-ci maddəsinin tələblərinə ziddir. 17-ci bənd üzrə məhkəmə kollegiyası tərəfindən borclu kimi ona böhtan atılmışdır ki, icra hərəkətlərinin yerinə yetirilməsindən yayınma halına yol vermişdir. Qeyd edilənlərə əsasən icra məmuru Zaur Həmzəyev məhkəməyə təqdim etdiyi təqdimatda Borclu barəsində qəsdən həqiqətə uyğun olmayan məlumatlar verməklə onun hüquqlarını və qanuni mənafelərini saxta yolla məhdudlaşdırmağa təşəbbüs etdiyi üçün onun saxtakarlığına hüquqi qiymət verməklə təqdimatın təmin edilməməsi barəsində qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi Nümayəndə təqdimatın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, borclulara icra sənədini icra etmək üçün könüllü müddət müəyyən edilmiş, borc könüllü qaydada icra edilmədiyindən hazırda məcburi icra tədbirləri görülür. Digər borclu X7 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Eyni icra işidir, bir borclunun barəsində icra tədbirləri görülürsə, niyə digər Borclu barəsində icra tədbirləri görülməməlidir. İcra sənədi üzrə borcun müştərək qaydada tutulması qət edilmiş, bərabər qaydada tutulması göstərilməmişdir. Hazırkı təqdimat o halda təmin edilməməlidir ki, borclu icra sənədinin icra edilməməsi üçün hansısa üzrlü səbəbi olsun. Borclunun isə heç bir üzrlü səbəbi yoxdur və icra sənədi üzrə payına düşən hissəsini ödədiyini qeyd edir. Nəticədə, icra sənədinin icrasından yayınır. Məhkəmə iclasında Borclu (Layca) oğlu təqdimatın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icra sənədi üzrə digər borcluların borclarını ödəməməsi, borclarının ödəməsindən yayınmalarının ona heç bir aidiyyəti yoxdur. İcra məmuru digər borcluların barəsində tədbir görməlidir. İcra məmurunun onun barəsində belə bir təqdimatla məhkəməyə müraciət etmək səlahiyyəti yoxdur. Qanuni qüvvəyə minmiş qətnamə ilə borcun müştərək qaydada tutulması qət edilmişdir. Təqdimatda ona böhtan atılmış, yalan məlumatlar vermiş, onun xaricdə olması, borcundan heç bir ödəniş edilməməsinə dair düzgün olmayan məlumatlar vermişdir. O, icra sənədi üzrə ödəməli olduğu borcu ödəmişdir. Onun heç bir borcu yoxdur. Qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, icra işini və təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-4647/2018 saylı icra sənədindən görünür ki, iddia qismən təmin edilərək, cavabdehlər X3, X1 və Borclu müştərək qaydada 11000 (on bir min) ABŞ dolları (ödəniş günü dolların manata olan məzənnəsi ilə manatla), 5000 (beş) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutulmuşdur. - Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)- 4647/2018 saylı icra sənədi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası borcluya bildiriş göndərilmişdir. - Hərrac Mərkəzi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubunu surətindən görünür ki, Borclu məxsus Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,20 ha torpaq sahəsi qiyməti 1000 manat olmaqla qalib alıcı Tələbkar satılmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-314/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, təqdimat təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-4647/2018 saylı icra sənədi üzrə borclu X7 ölkədən getmək hüququ, icra sənədinin icra edilməsinədək, müvəqqəti məhdudlaşdırılmışdır. - xx.xx.2022-ci il tarixli dublikat çeklərin surətindən görünür ki, Borclu tərəfindən Tələbkar 2000 manat, 2000 manat və 1910 manat olmaqla, ümumilikdə 5910 manat pul göndərilmişdir. - Borclu tərəfindən Bakı şəhəri Nizami rayon İcra şöbəsinə ünvanlanmış ərizədən görünür ki, o, öz payına düşən borc məbləğinin 7910 manatını Tələbkar ödəmişdir. 5910 manat poçt vasitəsi ilə, 1000 manat hərrac vasitəsi ilə, 1000 manat isə Tələbkarnın Səbail rayon icra şöbəsində ona borclu olduğu icra işi üzrə əvəzləşdirmə yolu ilə ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, sözügedən icra sənədi xx.xx.2021-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuş və qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraya yönəldilmişdir. Məhkəmə tərəfindən icra işi tətqiq edilən zaman müəyyən edildi ki, icra işi üzrə Borclu (Layca) oğlu tərəfindən ümumilikdə 7910 mamat ödəniş edilmişdir (5910 manat poçt vasitəsi ilə, 1000 manat borclunun mülkiyyətində olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,20 ha torpaq sahəsinin 1000 manata Tələbkar satılması yolu ilə və 1000 manat isə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1284/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Tələbkar tutulmalı olan 1000 manatın əvəzləşdirilməsi yolu ilə). Lakin Borclu (Layca) oğlu icra sənədi üzrə ümumilikdə tutulmalı olan borcun 1/3 hissəsinin tərəfindən ödənildiyini və onun tələbkara borcu olmadığını, qalan borcun icra sənədi üzrə digər borcluların borcu olduğunu qeyd edərək, icra sənədinin icrasından imtina edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir və həmin təqdimata bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Belə ki, icra işi üzrə digər borclu X7 ölkədən getmək hüququ, icra sənədinin icra edilməsinədək, müvəqqəti məhdudlaşdırılmış, həmçinin məhkəmə qərardadı ilə X7 və X6 polis orqanı vasitəsi ilə icra şöbəsinə məcburi gətirilmələri qərara alınmışdır. İş materiallarında olan 23-cü polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən edilir ki, X8 vəfat etmiş, digər borclu X7 isə məcburi gətirilməsi təmin olunmuşdur. Hazırda isə icra sənədi üzrə icra tədbirləri davam etdirilir. Məhkəmə qeyd ki, icra sənədi üzrə X3, X1 və Borclu (Layca) oğlundan müştərək qaydada 11000 (on bir min) ABŞ dolları (ödəniş günü dolların manata olan məzənnəsi ilə manatla), 5000 (beş) manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmalı olduğundan və icra sənədi üzrə hər bir borclunun öhdəliyi ayrı-ayrılıqda göstərilmədiyindən Borclu (Layca) oğlunun icra sənədi üzrə tutulmalı olan borcun ona aid hissəsini ödəməsi və tələbkara heç bir borcunun olmaması ilə bağlı göstərdyi dəlillər əsassızdır. Belə ki, hazırda Borclu (Layca) oğlu icra sənədi üzrə tutulmalı olan borcunu ödəməkdən yayınır. Məhkəmə həmçinin qeyd edir ki, hazırda borclunun daha əvvəl ölkə sərhədlərini tərk etməməsi və ya ümumivətəndaş paspotunun olmaması təqdimatın təmin edilməməsi üçün əsas deyil. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, icra sənədinin icraya yönəldilməsindən sonra hal-hazıradək keçən müddət ərzində borclu tərəfindən həmin icra sənədi üzrə ödənişlər edilsə də, hazırda borclu icra sənədini üzrsüz səbəbdən icra etmədiyindən, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə, təqdimat təmin edilməli, icra sənədinin icra edilməsinədək borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırda borclu icra məmuru Zaur Həmzəyev barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Belə ki, məhkəmə hesab edir ki, icra məmuru hazırkı təqdimatında bir neçə nöqsana yol verərək, təqdimatında borclu tərəfindən heç bir ödəniş edilmədiyini, borclunun müxətlif vaxtlarda ölkəni tərk etməsini qeyd etməsi onun barəsndə xüsusi qərardad çıxarılması üçün əsas deyil və məhkəmə onun barəsində xüsusi qərardad çıxarılmasını zəruri hesab etmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-4647/2018 saylı icra sənədi icra olunanadək, xx.xx.1957-ci il tarixdə Ermənistan Respublikası, Sisian rayonu, Qızıl-Şəfəq kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu (Layca) oğlunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №8(007)-40/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-40/2023
16.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver