Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-401/2023 21.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Borclu iştirakı ilə, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanov təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3762/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3762/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Borclu 18 oktyabr 2019-cu il tarixdən başlayaraq, 17 may 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutulub, Tələbkar ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icra məmuru tərəfindən icraata başlanılmış və tələbin könüllü icrası barədə bildiriş borclu, Borclu icra sənədində qeyd olunan ünvana göndərilmişdir. Lakin, borclu ona verilmiş könüllü müddət ərzində icra sənədində göstərilən tələbi təmin etməmiş, eyni zamanda icra sənədinin icrasının məcburiliyi barədə ünvanına göndərilmiş xəbərdarlıqlara və çağırışlara məhəl qoymayaraq şöbəyə gəlməkdən boyun qaçırmışdır. Məhkəmə qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada üzürsüz səbəbdən təmin edilmədiyindən borclu, Borclu Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmasının müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən, xx.xx.1984-cü ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, o, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3762/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 170 manat məbləğində alimenti vaxtı-vaxtında ödəmişdir. Buna görə də təqdimatın rədd edilməsini məhkəmədən xahiş etdi. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, təqdimat təmin edilməməlidir. Məhkəmə Borclu haqqında verilmiş ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatın əsaslılığını və qanuniliyini yoxlayarkən müəyyən etdi ki, həmin təqdimatın təmin edilməsi üçün hər hansı qanuni əsas yoxdur. Bundan başqa, verilmiş təqdimat səthi, ümumi sözlərdən ibarət olaraq tərtib edilməklə bərabər, həmin təqdimatdan və ona əlavə olunmuş sənədlərdən icra məmurunun icraatında olan icra işi ilə bağlı qanunda nəzərdə tutulmuş digər icra hərəkətlərinin həyata keçirib-keçirməməsi, müsbət halda hansı tədbirlərin həyata keçirilməsi və əldə olunmuş nəticələr müəyyən olunmur. Həmçinin, icra məmuru təqdimatda Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının zəruriliyini əsaslandırmamış, borclunun ölkə sərhəddini tərk edibetməməsini müəyyən etməmiş, tələbkarın heç bir fakta söykənməyən ərizəsi əsasında hazırki təqdimatla məhkəməyə müraciət etmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir və həmin təqdimata bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinin tələblərinə uyğun əsaslandırılmadan verilmişdir, icra məmuru sadəcə formal olaraq borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimat vermişdir. Onun təmin edilməsi üçün hazırki halda qanuni əsaslar yoxdur, ona görə də təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3762/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №8(007)-401/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-401/2023
21.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver