Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-403/2025 18.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1278/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən borcun hissə-hissə icra edilməsinə dair ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1278/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən iddia qismən təmin edilərək, cavabdeh X3 1490 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 34,90 manat məbləğində pulun tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, Nizami Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli 2(007)-1278/2025 saylı qətnaməsinə əsasən ondan 1490 manat əsas borc və 34,90 manat məbləğində ödənilmiş dövlət rüsumu və bank xərcinin tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilib. Daha sonra məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icra sənədi icra edilməsi üçün aidiyyəti üzrə Nizami Rayon İcra Şöbəsinə göndərilib. Nizami rayon İcra Şöbəsində onun tərəfindən ödənilməli olan pul borcunun ödənilməsi ilə bağlı icraata başlanılıb, 2025-ci ilin avqust ayından əməkhaqından tutulması qərara alınıb. O, aylıq 690 manat məbləğində əmək haqqı alır, bu səbəbdən yaşayış səviyyəsi aşağı olduğuna baxmayaraq icra məmuru işlədiyi “VanHong” şirkətinə ərizə göndərərək, onun əmək haqqından tutulmaların Tələbkar oğıunun xeyrinə davam etdirilməsini xahiş edib. Göründüyü kimi, maddi durumu çox ağırdır. Belə ki, özüm subay olsa da, evin yaşayış xərcinə köməklik göstərir, əlavə iş yerində də işləyə bilmir. Həmin məbləğ kifayət qədər böyük olduğundan onu tam şəkildə bir dəfəyə və ya hazırki məbləğdə ödəməyi mümkün deyil. Məhkəmə qətnaməsini icra etməli olduğunu şüurlu surətdə dərk etdiyinə və ödəmək istədiyinə görə, eləcə də birdəfəlik ödəmə imkanı olmadığına görə borcumu hissə-hissə 150 manat məbləğində ödəmək iqtidarında olduğunu diqqətə çatdırır. Odur ki, ailə vəziyyətini, maddi durumunun çox ağır olmasını nəzərə alaraq 2(007)-1278/2025 saylı məhkəmə qətnaməsinə əsasən olan borcun ödənilməsini hissə-hissə icra olunmaqla, hər ay 150 (yüz əlli) manat məbləğində olmaqla davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, borcun X5 tərəfindən hər ay 150 manat məbləğində hissə-hissə ödəməyə razı olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş icraatında icra sənədi olan icra məmuru və borclu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə ərizəyə borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli “Məhkəmə qətnaməsi haqqında” 4 saylı qərarının 12 və 13-cü bəndlərinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Sadalanlarə əsasən, borclunun əmlak vəziyyəti və digər hallar nəzərə alınmaqla qətnamənin hissə-hissə icra edilməsinə dair qərar qəbul oluna bilər. Maddələrin tələblərinin tətbiqi üçün borclunun əmlak vəziyyətinin qətnamənin bilavasitə icrasının mümkün olmadığına dair halların və yaxud hər hanası digər halların müəyyən edilməsini zəruri etmişdir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1278/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh X3 1490 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 34,90 manat məbləğində pulun tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilib. Borclu hazırda icra sənədi üzrə hər ay 150 manat ödəniş etməklə icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə borclunun borcun ödənilməsindən boyun qaçırmamasını, lakin hazırki halda maddi vəziyyətinin ağır olmasını, həmin vəsaiti birdəfəyə ödəməyə maliyyə imkanının olmaması hallarını və tələbkarın ərizəsini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1278/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən X2ndan Tələbkar xeyrinə tutulmalı olan 1490 manat məbləğində pulun və ödənilmiş 34,90 manat dövlət rüsumunun əvəzinin ödənilməmiş hissəsi, tam ödənilənədək X3 hər ay 150 manat məbləğində pulun tutularaq tələbkara ödənilməsi məqsədəmüvafiqdir. Məhkəmə əlavə olaraq nəzərə alır ki, qətnamənin hissə-hissə olmaqla icrası ədalət tələbinə uyğun və adekvatdır. Qətnamənin hissə-hissə icra olunması barədə qərar qəbul edilməsi xeyrinə məhkəmə qətnaməsi çıxarılmış tələbkarın hüquqlarını və qanunla qorunan mənafeyini pozmayacaqdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1278/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinin “hissə-hissə icra edilməsi” barədə ərizəsi təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1278/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi hissə-hissə olmaqla icra edilsin, həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə 1490 manat məbləğində pulun və ödənilmiş 34,90 manat dövlət rüsumunun əvəzinin ödənilməmiş hissəsi, tam ödənilənədək X3 hər ay 150 manat məbləğində pul tutularaq Tələbkar ödənilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №8(007)-403/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-403/2025
18.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver