Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-404/2022 28.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Tələbkar MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Borclu məcburi gətirilməsi barədə icra məmuru Elman İsrafilovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4536/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2020-ci il tarixli müqavilə üzrə 679 manat ödənilməmiş hissə, 67 manat cərimə pulu borcu və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 190 manat ödənilməmiş hissə, 19 manat cərimə borcu olmaqla ümumilikdə 955 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra vərəqəsi icra olunması üçün Bakı Şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. İcra məmuru Elman İsrafilov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi xx.xx.2022-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Göstərilənlərə əsasən, Borclu məcburi gətiriməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X2 təqdimatın məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Təqdimat vermiş icra məmuruna və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Məhkəmə iclasında müəyyən edildi ki, məhkəmənin icra sənədi üzrə borclu olan Borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınırlar. Ona görə də, həmin borclu barəsində məcburi gətirilmə tətbiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4536/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə xx.xx.1992-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə gətirilsin. Qərardadın icrası Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №8(007)-404/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-404/2022
28.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver