Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-407/2022 31.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, Ramil Firudin oğlu Qurbanovun katibliyi, Tələbkar iştirakı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1350/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi ilə əlaqədar Borclu ərizəsinə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ЕTDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1350/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə iddiaçı X1 10000 manat məbləğində pulun və ödənilmiş 26.70 manat dövlət rüsumunun Tələbkar xeyrinə tutlması qət edilmişdir. Borclu X2 həmin qətnamənin hissə-hissə icra еdilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki,qətnamə ilə müəyyən edilmiş borcdan 500 manat ödəniş etmişdir.Qalan borcun birdəfəyə ödənilməsi tələb olunur.Lakin onun buna gücü çatmır. Hal-hazırda heç yerdə işləmir. Həyat yoldaşı xərçəng xəstəsidir.Qeyd ounanlara əsasən onun Tələbkar olan borcunun hissə-hissə ödənilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar ərizənin təmin olunmamasını xahiş etdi. Borclu Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir.Məhkəmə Borclu iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tələbkarı dinləyib, ərizəni iş materialları ilə birlikdə araşdırıb hesab edir ki,ərizə təmin olunmamlıdır. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231.5-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Məhkəmə hesab edir ki,borclu icra sənədinin hissə-hissə icra olunmasına əsas ola biləcək sübutları məhkəməyə təqdim etmədiyindən və tələbkar borcun hissə-hissə ödənilməsinə razılıq vermədiyindən ərizə təmin oluna bilməz. Yuхarıda qеyd olunanlara əsasən və Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1350/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi ilə əlaqədar Borclu ərizəsi təmin olunmasın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vеrilə bilər. Hakim : Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №8(007)-407/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-407/2022
31.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver