Məhkəmə qərarları › İş №8(007)-408/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-408/2022

21.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-408/2022 21.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Borclu iştirakı ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli e-2(007)-2118/2022 nömrəli qətnaməsində göstərilən borc məbləğinin “hissə-hissə icra edilməsi”nə dair Borclu tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli e-2(007)- 2118/2022 nömrəli qətnaməsində göstərilən borc məbləğinin “hissə-hissə icra edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, e-2(007)-2118/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 3355,41 manat pulun hər ay 50 (əlli) manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Tələbkar ASC Borclu qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, e-2(007)-2118/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, ondan 2887,05 manat əsas borc, 468.36 manat faiz borcu olmaqla, cəmi 3355.41 manat məbləğində borc və iddia ərizsəinin məhkəməyə verilməsi üçün ödənilmiş 53.55 manat dövlət rüsumunun əvəzi iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulması qət edilmişdir.Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, heç bir yerdə işləmir, heç yerdən gəliri yoxdur. Üçüncü qrup əlil kimi pensiya alırdı, həmin pensiyanı da kəsiblər. Müharibə veteranı kimi 80 manat müavinat alır. Ailə üzvləri onunla birlikdə 7 nəfərdən ibarətdir, ailənin saxlanmasında çətinlik çəkir. Tələbkar ASC olan borcunu da birdəfəlik ödəmək imkanı yoxdur. Qohumlarının köməkliyi ilə həmin pulu hissə-hissə ödəyə bilər. Ona görə də məcburiyyət qarşısında qalaraq, qətnamənin hissə-hissə icra olunması barədə məhkəməyə ərizə ilə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Borclu ərizənin məzmununa uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etdi, əlavə olaraq bildirdi ki, onun maddi vəziyyəti çətindir. Eyni zamanda müharibədə yaralar alıb bədənində qəlpələr var. 3-cü dərəcəli əlildir. Ona görə hər işdə işləyə bilmir, yalnız yüngül işlərdə işləyə bilər bu səbəbdən borcu tam ödəyə bilmir. Borcu ödəməkdən yayınmır sadəcə bir dəfəyə ödəyə bilmir. Hər ay 50 manat məbləğində ödəyə bilər. Bildirdiklərinin nəzərə alınmasını xahiş etdi. Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Əkbərov Elsevər məhkəməyə etiraz göndərərək Nizami Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli e- 2(007)-2118/22 nömrəli qətnaməsində qət edilən borcun hissə-hissə ödənilməsi ilə bağlı Borclu ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli e-2(007)-2118/22 nömrəli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Borclu qarşı "borc" tələbinə dair kiçik iddiası üzrə mülki iş qismən təmin edilərək, Borclu 2887.05 manat əsas borc, 468.36 manat faiz borcu olmaqla cəmi 3355.41 manat borc və ödənilmiş 53.55 manat dövlət rüsumunun əvəzi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin **********3 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Borclu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “X1” altsisteminə əsasən hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti 7 saylı Tibbi Sosial Ekspert Komissiyasının çıxarışından görünür ki, Borclu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü dərəcəli əlillik verilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Kommisiyasının xx.xx.2013-cü il tarixli, 289 nömrəli qərarı ilə Borclu Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma alması müəyyən olunmuşdur. Azərbaycan Rеspublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul еtdiyi qərarlar dövlətin adından çıхarılır və onların icrası məcburidir. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra Haqqında» Azərbaycan Rеspublikasının Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət vеrilməsi və ya onun hissə-hissə icrası haqqında işə baхmış məhkəməyə müraciət еdə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən еdilmiş qaydada baхır. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231.1-ci maddəsin əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin maddənin mənasından görünür ki, qətnamənin icrasına möhlət vеrməyə və ya qətnaməni hissə-hissə icra еtdirməyə dair ərizələrə baхarkən işə baхmış hakim tərəfindən tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. Burada bir daha nəzərə almaq lazımdır ki, möhlət verilməsi nəticəsində qanuni qüvvəyə minmiş qətnamə üzrə icra hərəkətlərinin uzun müddət ərzində başlaya bilməməsi məhkəməyə müraciət etmək hüququnun, habelə məhkəmə müdafiəsi təminatının ağlabatan müddətdə həyata keçirilməsi tələbinin pozulmasına gətirib çıxara bilər. Belə ki, artıq qeyd edildiyi kimi, məhkəməyə müraciət etmək hüququ, həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Yuxarıda göstərilən səbəbdən icra üzrə icraatın uzun müddət ərzində başlanmaması məhkəməyə müraciət etmək hüququnu əhəmiyyətsiz edə bilər. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Rеspublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tariхli 4 №-li qərarının 12-ci bəndində göstərilir ki, qətnamənin icrasına möhlət vеrilməsi və ya onun hissə-hissə icra edilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaхud borclu üçün yaranmış əlvеrişsiz hallarda tətbiq oluna bilər və məhkəmələr bu məsələləri həll еtdikdə təkcə borclunun dеyil, tələbkarın mənafеyini də nəzərə almalıdırlar. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlannın və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Belə ki, Qanunun mənasına görə qətnamənin hissə-hissə icra edilməsinə o hallarda yol verilir ki, belə icra mümkün olur, borcluya məxsus əmlak mövcud olmur və məhkəmə, qətnamənin digər formada icra olunmasının qeyri-mümkün olduğu qənaətinə gəlir. Bundan başqa məhkəmə qeyd edir ki, prosessual qanunvericilikdə qətnamənin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Məhkəmə nəzərə alır ki, borclu qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi dair ərizə ilə müraciət edərkən bunun səbəbi kimi maddi imkanının aşağı olması ilə əlaqədar oduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz. Həmçinin tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin hissə-hissə icra olunmasını təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada nəzərə alınmalıdır ki, borclu məhkəməyə qətnamənin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu sübut edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə məhkəmə hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli e-2(007)-2118/22 nömrəli qətnaməsində göstərilən borc məbləğinin “hissəhissə icra edilməsi”nə dair Borclu tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Yuхarıda qеyd olunanlara əsasən və Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231.2, 231.4, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli e-2(007)-2118/22 nömrəli qətnaməsində göstərilən borc məbləğinin “hissə-hissə icra edilməsi”nə dair Borclu tərəfindən verilmiş ərizə təmin еdilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vеrilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar