Məhkəmə qərarları › İş №8(007)-417/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-417/2022

03.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-417/2022 03.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, Borclu məcburi gətirilməsi barədə icra məmuru Tahir Ağayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-1442/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 1967 manat məbləğində pul vəsaitinin Tələbkar MMCnin xeyrinə ödənilməsi qərara alınmışdır. İcra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. İcra məmuru Tahir Ağayev təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi üzrə “icraata başlamaq haqqında” qərar qəbul edilərək tələbin könüllü icrasına dair bildirişlə borcluya göndərilmişdir. Borclu könüllü müddət ərzində icra sənədi üzrə tələbi icra etməmişdir. Sonrakı müddət ərzində Borclu borcla əlaqədar borcunun olması bildirilsə də borcu ödəməmiş, dəfələrlə şöbəyə dəvət olunmasına baxmayaraq şöbəyə gəlməkdən boyun qaşırmışdır. Bu səbəbdən də icra sənədində göstərilən tələbin həyata keçirilməsi mümükün olmamışdır. Göstərilənlərə əsasən Borclu Nizami rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat vermiş icra məmuruna və tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Məhkəmə iclasında müəyyən edildi ki, məhkəmənin icra sənədi üzrə borclu olan Borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə də, həmin borclu barəsində məcburi gətirilmə tətbiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-1442/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə xx.xx.1977-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə gətirilsin. Qərardadın icrası Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar