Məhkəmə qərarları › İş №8(007)-417/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-417/2023

06.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-417/2023 06.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Tələbkar, onun vəkili və nümayəndəsi Vəkil, Borclunun nümayəndəsi X1, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayevin iştirakları ilə, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayevin təqdimatla müraciət edərək Borclu tutulmalı olan məbləğin ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsindəki, 65 saylı evin 33 saylı mənzilin ½ pay hissəsinə yönəldilməsi; Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsindəki, 65 saylı evin 33 saylı mənzilin ½ pay hissəsinə Borclu mülkiyyət hüquqlarına xitam verilməsi; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(007)-27/2023 saylı, qərardadı ilə Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsindəki 65 saylı evin 33 saylı mənzilinin Borclu məxsus Nizami rayonu, Çobanzadə küçəsindəki 65 saylı evin 33 saylı mənzilinin ½ pay hissəsinin üzərinə qoyulmuş həbslərin götürülməsi; Nizami rayonu, Çobanzadə küçəsindəki 65 saylı evin 33 saylı mənzilin Borclu aid olan ½ pay hissəsinə Tələbkar mülkiyyət hüquqlarının tanınması; qeyd olunanlarla bağlı müvafiq tədbirlərin həyata keçirilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayev təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Tələbkar təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Tələbkar vəkili və nümayəndəsi Vəkil bildirdi ki, təqdimatda göstərilən tələblərin bəzisinə ayrıca iddia icraatı qaydasında baxılmalıdır. Digər tələblər ilə, yəni həbsin götürülməsi və qeyd olunan tədbirlərin həyata keçirilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması ilə razıdır. Məhkəmə iclasında borclunun nümayəndəsi X2 təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəməyə təqdim оlunаrаq işə əlаvə оlunmuş AZ-İİ seriyalı, 381625 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu 19 oktyabr 2023-cü il tarixdə “ağciyər ödemi” səbəbindən vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdirlər; 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər; 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir; 261.0.7-ci maddəsinə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Hazırda icra məmuru ölmüş şəxsə qarşı məhkəməyə təqdimatla müraciət edərək onun vərəsələrinin müəyyən edilməsi üçün hərəkətlər etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Borclu təqdimatla məhkəməyə müraciət edilməmişdən əvvəl öldüyündən, həmçinin onun vəsərələri müəyyən edilmədiyindən hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayevin təqdimatına dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusfiova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar