Məhkəmə qərarları › İş №8(007)-420/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-420/2023

23.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-420/2023 23.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Borclu iştirakı ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-239/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunması ilə bağlı Bakı Şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru Tohid Nurlunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru Tohid Nurlu təqdimatla məhkəməyə müraciət edərək barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nizami Rayon Məhkəməsinin 2(007)- 239/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X5 ilə Borclu arasında “Ford Fusion” minik markalı, ** FN *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 16 aprel 2022-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş. Borclu adına olan “Ford Fusion” minik markalı, ** FN *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 16 aprel 2022-ci il tarixli, BA 172163 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilmişdir. Birgə nikah dövründə əldə edilmiş “Ford Fusion” minik markalı, ** FN *** dövlət qeydiyyat nişanlı avtomobilə Tələbkar ½ hissədə, X2 ½ hissədə payları müəyyən edilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. İcra prosesi zamanı borclu ilə tələbkar xx.xx.2023-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 53 saylı Notariat Ofisində barışıq sazişi bağladıqlarını, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsinə əsasən müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Belə ki, barişıq sazişində aşağıdakı bəndlər göstərilmişdir: 1. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-239/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə (bundan sonra- Qətnamə) əsasən iddiaçı Tələbkar cavabdehlər X4 və Borclu qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, payların müəyyən olunmuş, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində paylara uyğun qeydiyyatın aparılması və qızıl-zinət əşyalarının qaytarılması”na dair iddia tələbi qismən təmin edilmiş, X5 və Borclu arasında “Ford Fusion” minik markalı, ** FN *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi Borclu adına olan “Ford Fusion” minik markalı, ** FN *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2022ci il tarixli BA 172163 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, birgə nikah dövründə əldə edilmiş “Ford Fusion” minik markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə Tələbkar ½ hissədə, X3 ½ hissədə payları müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Barışığın şərtləri: 1.1. Tərəflər razılığa gəlirlər ki, “Birinci tərəf’ “Qətnamə” ilə “Ford Fusion” minik markalı, ** FN *** dövlət qeydiyyat nişanlı avtomobilə dair ½ hissədə paya görə 10.000 (on min) manat məbləğində pul “Birinci Tərəf’ə ödəyir. 1.2.“Birinci tərəf’ saziş bağlandıqdan sonra “İcra haqqında” Qanunun tələblərinə riayət etməklə “Tərəflər” arasında barışıq sazişi bağlanması əsası ilə Qətnamənin icrasına xitam verilməsi üçün aidiyyatı icra şöbəsinə müraciət edəcəkdir. Qətnamənin icrasına xitam verilməsi üçün aidiyyatı icra şöbəsinə müraciət edəcəkdir. 1.3.Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. 1.4. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. Gələcəkdə hazırkı mübahisə ilə bağlı şikayət və iddiaları olmayacaq. 1.5. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətlərini etiraf etməsi kimi qəbul edilmiş və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Məhkəmə iclasında Borclu təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Təqdimatı vermiş icra məmuruna, digər borcluya və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, X5 ilə Tələbkar 01 iyun 2023-cü il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-239/2023 saylı, 28 fevral 2023-cü il tarixli icra vərəqəsinə əsasən qarşılıqlı razılığa gələrək Bakı Şəhəri 53 saylı notariat ofisində barışıq sazişi bağlamışlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1.2-ci maddəsinə əsasən məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-239/2023 saylı, 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, X5 ilə Borclu arasında “Ford Fusion” minik markalı, ** FN *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 16 aprel 2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Borclu adına olan “Ford Fusion” minik markalı, ** FN *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 16 aprel 2022-ci il tarixli, BA172163 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, birgə nikah dövründə əldə edilmiş “Ford Fusion” minik markalı, ** FN *** dövlət qeydiyyat nişanlı avtomobilə Tələbkar ½ hissədə, X2 ½ hissədə payları müəyyən edilməsi qət edilmişdir. Həmin icra sənədi Bakı Şəhəri Səbail Rayon İcra Şöbəsinə daxil olmuşdur. İcra sənədinin icrası mərhələsində tərəflər aralarında razılığa gələrək barışıq sazişi bağlamışlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilərək, X5 ilə Tələbkar 01 iyun 2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-239/2023 saylı, 28 fevral 2023-cü il tarixli icra sənədi üzrə X5 ilə Tələbkar 01 iyun 2023-cü il tarixdə Bakı Şəhəri 53 saylı Notariat ofisində aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi təsdiq edilsin:

1. Müqavilənin predmeti Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-239/2023 saylı, 28 fevral 2023-cü il tarixli qətnaməsinə (bundan sonra-Qətnamə) əsasən iddiaçı Tələbkar cavabdehlər X4 və X1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, payların müəyyən olunmuş, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində paylara uyğun qeydiyyatın aparılması və qızıl-zinət əşyalarının qaytarılması”na dair iddia tələbi qismən təmin edilmiş, X5 və Borclu arasında “Ford Fusion” minik markalı, ** FN *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi Borclu adına olan “Ford Fusion” minik markalı, ** FN *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2022ci il tarixli BA 172163 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməsi, birgə nikah dövründə əldə edilmiş “Ford Fusion” minik markalı, ** FN *** dövlət qeydiyyat nişanlı avtomobilə Tələbkar ½ hissədə, X3 ½ hissədə payları müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra vərəqəsi imzalanaraq aidiyyəti üzrə icra şöbəsinə göndərilmişdir.

2. Barışığın şərtləri: 2.1. Tərəflər razılığa gəlirlər ki, “Birinci tərəf’ “Qətnamə” ilə “Ford Fusion” minik markalı, ** FN *** dövlət qeydiyyat nişanlı avtomobilə dair ½ hissədə paya görə 10.000 (on min) manat məbləğində pul “Birinci Tərəf’ə ödəyir. 2.2. “Birinci tərəf’ saziş bağlandıqdan sonra “İcra haqqında” Qanunun tələblərinə riayət etməklə “Tərəflər” arasında barışıq sazişi bağlanması əsası ilə Qətnamənin icrasına xitam verilməsi üçün aidiyyatı icra şöbəsinə müraciət edəcəkdir. Qətnamənin icrasına xitam verilməsi üçün aidiyyatı icra şöbəsinə müraciət edəcəkdir. 2.3. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. 2.4. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. Gələcəkdə hazırkı mübahisə ilə bağlı şikayət və iddiaları olmayacaq. 2.5. Tərəflər razılaşırlar ki, hazırki Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətlərini etiraf etməsi kimi qəbul edilmiş və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Qərardadın icrası Bakı Şəhəri Səbail rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar