Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-421/2022 10.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Tələbkar vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru Əlihüseyn Aslanovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-236/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən, xx.xx.2012-ci il tarixdə doğulmuş X1 və xx.xx.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu xx.xx.2021-ci il tarixdən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verdiyi xx.xx.2022-ci il tarixədək hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il tarixdə doğulmuş X1 və xx.xx.2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-4055/2021 saylı qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləği çıxılmaqla) tutulub, Tələbkar verilməsi qərara alınmışdır. İcra sənədi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. İcra məmuru Əlihüseyn Aslanov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icra məmuru tərəfindən icraata başlanılmış və tələbin könüllü icrası barədə bildiriş Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin, borclu ona verilmiş könüllü müddət ərzində icra sənədində göstərilən tələbi təmin etməmiş, eyni zamanda icra sənədinin icrasının məcburiliyi barədə ünvanına göndərilmiş xəbərdarlıqlara və çağırışlara məhəl qoymayaraq şöbəyə gəlməkdən boyun qaçırmışdır. Məhkəmə qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada üzürsüz səbəbdən təmin edilmədiyindən Borclu Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmasının müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab etmişdir. Göstərilənləri nəzərə alaraq xx.xx.1973-cü ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar vəkili və nümayəndəsi Vəkil təqdimatın məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. O, həmçinin bildirdi ki, hazırda tərəflər arasında əmlakla bağlı mübahisə olduğundan icra məmuru borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatla müraciət etmişdir. O, həmçinin bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-5127/2022 saylı qətnaməsindən şikayət verəcəklər. Təqdimat vermiş icra məmuruna və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Borclu olduğu icra sənədi üzrə tələbin könüllü qaydada icra edilməsi məqsədilə borclunun ünvanına müvafiq qaydada bildirişlər göndərilmişdir. Borcluya verilən müddətin ötməsinə baxmayaraq o borcun hər hansı hissəsinin ödənilməsini təmin etməmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclunun borcunun ödənilməsi ilə bağlı əmlakları aşkar edilsə də, hazırda tələbkar və borclu arasında həmin əmlaklar barəsində məhkəmədə mübahisə davam edir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1111/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, birgə nikah dövründə əldə edilmiş “Mersedes 190” minik markalı, 90-DB634 dövlət qeydiyyat nişanlı və “VAZ2106” minik markalı, **-CE- *** dövlət qeydiyyat nişanlı avtomobillər üzərində tərəflərin hər birinin ½ hissədə paylarının müəyyən edilməsi, “Mersedes Benz E320” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun müəyyən edilməsi və həmin avtomobilin satışından əldə edilmiş 10000 manat məbləğində pulun 1/2 hissəsinin, yəni 5000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-5127/2022 saylı qətnaməsi ilə şikayətlər təmin edilməmiş və həmin qətnamə qüvvədə qalmışdır. Hazırda Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir və həmin təqdimata bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, Borclu olduğu icra sənədinin icraya yönəldilməsindən sonra hal-hazıradək keçən müddət ərzində borclu tərəfindən həmin icra sənədi üzrsüz səbəbdən icra edilmədiyindən, məhkəmə qərarına əsasən verilmiş icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra məmurunun təqdimatı təmin edilməli, icra sənədinin icra edilməsinədək borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-236/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1973-cü il tarixdə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ, icra sənədinin icra edilməsinədək, müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №8(007)-421/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-421/2022
10.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver