Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-425/2022 14.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Tələbkar MMC-nin nümayəndəsi Nümayəndə, X1 və X9 iştirakları ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli 2(007)- 2026/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1, X9, X4 və X10 ərizəsinə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2, X15, X13 və X16 ərizə ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli 2(007)-2026/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nizami Rayon Məhkəməsininin 24 avqust 2022-ci il tarixli 2(007)-2026/2022 saylı qətnaməsi ilə cavabdchlər- X5, X6, X3 və X7 iddiaçı uUnibankv KB ASC- nin xeyrinə müştərək qaydada 11204,85 manat əsas, 622,14 manat faiz, 28,40 manat cərimə, cəmi 11855 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 125,57 manat məbləğində vəsait tutulması qət edilmişdir. Lakin, həmin məbləği birdəfəye ödəmək imkanları yoxdur. Belə ki, onların maddi vəziyyəti ağırdır. Həmin məbləği onlsr iddiaçıya hər ay hissə-hissə ödəyə bilərlər. Məhkəmə iclasının yeri və vaxtı barədə borclular X11 və X12 qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə borclular X4 və X10 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında borclu X14 ərizə ilə müraciət edərək, tələbkarla razılığa gəldiklərini və ərizəyə baxılmasına zərurət aradan qalxdığından qətnamənin hissə-hissə icra edilməsinə dair ərizənin geri qaytarılmasını xahiş etdi. xx.xx.2022-ci il tarixli qətnamə üzrə borcun hissə-hissə ödənilməsi haqqında razılaşma protokolundan görünür ki, tərəflər qalıq 9730,42 manat borcun 4 ay müddətində hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. Məhkəmə iclasında tələbkarın nümayəndəsi Nümayəndə qətnamənin hissə-hissə icra edilməsinə dair ərizənin baxılmadan geri qaytarılmasına etiraz etmədi. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 13.5-ci maddəsinə əsasən, belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254-cü, 255-ci, 161.0.1-261.0.3-cü və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1, X9, X4 və X10 Nizami Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli 2(007)- 2026/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №8(007)-425/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-425/2022
14.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver