Məhkəmə qərarları › İş №8(007)-430/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-430/2022

21.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-430/2022 21.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Borclu iştirakı ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə icra məmuru Elman İsrafilovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1278/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 1990,58 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 39,31 manat məbləğində pul tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. İcra məmuru Elman İsrafilov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi xx.xx.2022-ci il tarixdə şöbəyə daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, borclunun ünvanına bildiriş göndərilmişdir. Borcun ödətdirilməsi istiqamətində Borclu xx.xx.2022-ci il tarixdə ünvanında rəsmi bildiriş təqdim olunaraq izahatı alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron İcra Sisteminin EMF-dən əldə olunmuş çıxarışa əsasən, borclunun mülkiyyətində “VAZ 21074” minik markalı ** OR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması aşkar olunmuşdur. Göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin tələblərini rəhbər tutaraq xx.xx.1960-cı ildə Füzuli rayonu, Kürdmahmudlu kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məxsus “VAZ 21074” minik markalı, ** OR *** dövlət qeydiyyat nişanlı, 2004-cii il istehsallı, rəngi göy yaşıl olan avtomobilin üzərinə həbs qoyularaq Nizami rayon icra şöbəsinə təhvil verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Borclu təqdimatda qeyd olunan nəqliyyat vasitəsinin ona məxsus olmadığını, sadəcə onun adına rəsmiləşdiyini bildirərək təqdimatın təmin olunmamasını xahiş etdi. O, həmçinin bildirdi ki, 2 uşağı var, oğlunun biri qazidir. Borcunu ödəməyə etiraz etmir. Təqdimat vermiş icra məmuruna və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139-1.1.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol əsas hesab olunur. 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Borclu əmlak vəziyyəti araşdırılmış, Elektron portaldan çıxarışa əsasən borclunun adına MAZ-5334 Ş-DƏ KC3577-3 xüsusi təyinatlı markalı, ** RH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar olunmuşdur. Göründüyü kimi, təqdimatda həbsin qoyulması tələb olunan nəqliyyat vasitəsi borclunun adına aşkar olunmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə hesab edir ki, hazırda borclunun adına “VAZ 21074” minik markalı, ** OR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar olunmadığından icra məmurunun təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1278/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.1960-cı ildə Füzuli rayonu, Kürdmahmudlu kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məxsus “VAZ 21074” minik markalı, ** OR *** dövlət qeydiyyat nişanlı, 2004-cii il istehsallı, rəngi göy yaşıl olan avtomobilin üzərinə həbs qoyularaq Nizami rayon icra şöbəsinə təhvil verilməsi barədə icra məmuru Elman İsrafilovun təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar