Məhkəmə qərarları › İş №8(007)-431/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-431/2023

05.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-431/2023 05.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Borclu X1 iştirakı ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-3640/2021- 003 saylı icra sənədi üzrə borclunun “əmlakının üzərinə qoyulmuş həbsin götürülməsinə” dair Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək, borclu X1 mülkiyyətində olan “Mercedes Benz C200” minik markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3640/2021-003 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, iş üzrə Borclu 450 manat əsas pulun 90 manat hesablanmış dəbbə pulu olmaqla ümumilikdə 540 manat və 30 manat dövlət rüsumunu "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2021-ci il tarixlərdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya bildiriş, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3640/2021-003 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə tələbin Borclu mülkiyyətində “Mercedes Benz C200” minik markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmiş və həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar "xxxx" MMC şöbəyə təqdim etdiyi rəsmi məktuba əsasən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3640/2021-003 nömrəli, xx.xx.2021-ci il tarixli sənədini «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən, məhkəməyə qaytarılmışdır. Bu səbəbdən də, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-249/2022 № li, xx.xx.2022-ci il tarixli qəradadı ilə “Mercedes Benz C200” minik markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən borclu X2 izahatında bildirdi ki, borcunu tam ödəyib və bu səbəbdən avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etdi. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, icra məmuru və tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Təqdimata əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3640/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Borclu 450 manat əsas pulun 90 manat hesablanmış dəbbə pulu olmaqla ümumilikdə 540 manat və 30 manat dövlət rüsumunu "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(007)-249/2022 saylı qərardadın surətindən görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-3640/2021- 003 №-li icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Mercedes Benz C200” minik markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. - "xxxx" MMC-in xx.xx.2023-cü il tarixli Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış ərizənin surətindən görünür ki, borclu X2 borcu tam ödəmişdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, təqdimat təmin olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(007)-249/2022 saylı qərardadı ləğv edilməli, borclu X1 mülkiyyətində olan “Mercedes Benz C200” minik markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(007)-249/2022 saylı qərardadı ləğv edilsin. Borclu X1 mülkiyyətində olan “Mercedes Benz C200” minik markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar