Məhkəmə qərarları › İş №8(007)-433/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-433/2023

30.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-433/2023 30.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Gültac Sadıqova təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e- 2(007)-1753/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 17959,88 manat məbləğində vergi borcu və 144,28 manat dövlət rüsumu tutulmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, “VAZ 21074” minik markalı, 10-ОМ-706 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Borclu məxsus olması müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Qeyd edillənlərə əsasən icra sənədi üzrə Borclu məxsus olan “VAZ 21074” minik markalı, 10-ОМ-706 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş edilmişdir. Tələbkarın nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, məhkəmə iclaslarının çoxluğu ilə əlaqədar olaraq nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəklər. Məlumat üçün bildirir ki, xx.xx.2022-ci il tarixdən bu vaxtadək qətnamə üzrə borc ödənilməmişdir. Ona görə də, işə Tələbkar ASC-nin nümayəndəsinin iştirakı olmadan baxaraq, təqdimatın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Təqdimata əlavə edilmiş “Elektron icra və məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, Borclu adına 2005-ci il buraxılışlı “VAZ 21074” minik markalı, 10- ОМ-706 dövlət qeydiyyat nişanlı avtomobil qeydə alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Borclu barəsindəki icra sənədinin icrasının təmin edilməsi üçün müvafiq tədbirlər görülərək borclunun əmlak vəziyyəti araşdırılmış, bu zaman borclunun adına nəqliyyat vasitəsinin qeydə alındığı aşkar olunmuş, borcluya məxsus tələbin yönəldiləcəyi digər əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, sözügedən icra sənədinin icrasının təmini məqsədi ilə, borcluya məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1753/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu adına qeydiyyatda olan 2005-ci il buraxılışlı “VAZ 21074” minik markalı, 10-ОМ-706 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar