Məhkəmə qərarları › İş №8(007)-438/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-438/2022

07.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-438/2022 07.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hаkim Mirzəyev Fikrət Xasay оğlunun sədrliyi, X1 kаtibliyi ilə , Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1353/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsi barədə iddiaçı "xxxx"QSC-nin ərizəsinə açıq məhkəmə iclasında bахаrаq MÜƏYYƏN ЕTDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1353/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı "xxxx" QSC-nin adından çıxış edən törəmə müəssisə “X2 Edilməsi Agentliyi” MMC-nin cavabdeh Maraqlı şəxs qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilmiş,Maraqlı şəxs 3712,22 ABŞ dolları, faiz borcu üzrə 3099,86 ABŞ dolları olmaqla cəmi 6812,08 ABŞ Dolları kredit borcu (ödəniş günü ABŞ dollarının manata olan məzənnəsi nəzərə alınmaqla manatla),124.74 manat dövlət rüsumu və müvəqqəti təminat tədbirinin tətbiq edilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu "xxxx" QSC-nin xeyrinə tutulması,tutmanın ipoteka ilə yüklə edilmiş, Maraqlı şəxs mülkiyyətində olan dəyəri 11454 ABŞ dolları müəyyən olunmuş “GEELY СК-minik” markalı **-VD-*** dövlət qeydiyyat nömrəli avtomobilə yönəldilməsi,həmin avtomobilin açıq hərracda satılmaqla,satışdan əldə olunan məbləğin "xxxx" QSC-nin hesabına köçürülməai,həmin vəsaitin borc məbləğindən artıq qalan hissəsi Maraqlı şəxs qaytarılması,satışdan əldə olunan məbləğ borcun bağlanması üçün kifayət etmədikdə əksik qalan borcun Maraqlı şəxs "xxxx" QSC-nin xeyrinə tutulması,ekspertiza tədqiqatının dəyəri olan 50 manat Maraqlı şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı "xxxx"QSC həmin qətnaməyə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd olunan qətnamənin cavabdeh Maraqlı şəxs mülkiyyətində olan dəyəri 11454 ABŞ dolları müəyyən olunmuş “GEELY СК-minik” markalı **-VD-*** dövlət qeydiyyat nömrəli avtomobilə yönəldilməsi hissəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinə əsasən izah verilməsi zərurəti yaranmışdır. Belə ki, qeyd olunan qətnamədə ipoteka predmeti olan avtomobilin dəyəri 11454 ABŞ dolları müəyyən olunması qeyd edilməsi həmin avtomobilin ilkin satış qiyməti kimi başa düşülməli yoxsa kredit verilən zaman kreditin təminatı kimi avtomobilə qoyulmuş dəyər kimi başa düşülməsinə məhkəmə tərəfindən izah verilməlidir, çünki həmin dəyər kredit verilən zaman ipoteka müqaviləsində qoyulmuş dəyərdir.Nəzərinizə çatdırmaq istərdik ki, əgər Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)- 1353/2022 saylı qətnaməsində qeyd olunan ipoteka predmeti olan avtomobilin dəyəri 11454 ABŞ dolları ilkin satış qiyməti kimi başa düşülməlidirsə bu hal mövcud qanunvericiliyin və Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının müvafiq Qərarları ilə ziddiyət təşkil edəcəkdir. Belə ki, “İpoteka Haqqında”Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.Belə olduğu təqdirdə, cavabdeh Maraqlı şəxs ilə "xxxx" ASC-nin Binəqədi filialı arasında bağlanmış xx.xx.2012-ci il tarixdə, 847 saylı İpoteka Müqaviləsində ipoteka ilə yüklü edilmiş əmlakın 11454 ABŞ dolları məbləğində qiymətləndirilməsi Qanunda qeyd edildiyi kimi ipoteka qoyanla ipoteka saxlayanın ilkin satış qiymətinin razılaşması kimi başa düşülməməlidir. İpoteka Müqaviləsində qeyd olunan 11454 ABŞ dolları məbləğində dəyər həmin dövrdə yəni 2012-ci ildə avtomobilin dəyəridi.Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Qərarda göstərilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması” Qaydalarının 2.3-cü bəndinə əsasən burada əmlakın bazar dəyərinin ümumi təyinatı, mülkiyyətin qiymətləndirilməsi zamanı qiymətləndirmənin vəzifə və metodları, habelə bazar dəyərinin müəyyən edilməsinin ümumi əlamətləri göstərilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-1353/2022 saylı qətnaməsində qeyd olunan ipoteka predmeti olan avtomobilin dəyəri 11454 ABŞ dolları ilkin satış qiyməti kimi başa düşülməli və yaxud da həmin qətnamə icra edilərkən icra məmurları tərəfindən ipoteka predmeti olan avtomobilin qiymətləndirilməsi sifariş verilərək mövcud likvid qiyməti müəyyən edilməklə icra edilməli kimi başa düşülməsi barədə Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-1353/2022 saylı qətnaməsinə izah verilməsini xahiş edir. Ərizəyə baxılması ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına tərəflər gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə, ərizəni və iş mаtеriаllаrını nəzərdən kеçirib hеsаb еdir ki, ərizə təmin edilməlidir. Azərbaycan Reaspublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qeyd olunan prosessual-hüquq normalarının məzmunundan görünür ki, hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah edə bilər. Qətnamənin məzmunundan görünür ki,işə baxılarkən avtomobilin likvid dəyəri müəyyən olunmamışdır və “qət etdi” hissəsində göstərilən 11454 ABŞ dolları ipoteka müqaviləsi bağlanarkən tərəflərin razılığı ilə həmin müqavilədə öz əksini tapmış və ipoteka predmetinin həmin dövrdə müəyyən edilən real bazar dəyərini özündə əks etdirir. Ona görə də ipoteka müqaviləsinə tutma yönəldilərkən qiymətləndirici tərəfindən ipoteka predmetinin likvid dəyəri müəyyən olunmalıdır. Bu izah iddiaçını qane etmədiyi təqdirdə qətnaməni apellyasiya qaydasında mübahisələndirmək hüququ vardır. Yuхаrıdа göstərilənlərə əsаsən və Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 263, 264, 268-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Ərizə təmin olunsun. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1353/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsinə aşağıdakı məzmunda izah verilsin: İşə baxılarkən avtomobilin likvid dəyəri müəyyən olunmadığı üçün “qət etdi” hissəsində göstərilən 11454 ABŞ dolları ipoteka müqaviləsi bağlanarkən tərəflərin razılığı ilə həmin müqavilədə öz əksini tapmış və ipoteka predmetinin həmin dövrdə müəyyən edilən real bazar dəyərini özündə əks etdirir. Ona görə də ipoteka müqaviləsinə tutma yönəldilərkən qiymətləndirici tərəfindən ipoteka predmetinin likvid dəyəri müəyyən olunmalıdır.Bu izah iddiaçını qane etmədiyi təqdirdə qətnaməni apellyasiya qaydasında mübahisələndirmək hüququ vardır. Qərаrdаddаn 10 (оn) gün müddətində Bаkı şəhəri Nizаmi Rаyоn Məhkəməsinə şikаyət vеrilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar