Məhkəmə qərarları › İş №8(007)-442/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-442/2022

12.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-442/2022 12.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Rafiq Nimət oğlu Abdullayevin katibliyi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2447/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icra üsulunun dəyişdirilməsi haqqında X1nun ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2447/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icra üsulunun dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 2447/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən ondan tələbkar X3 xeyrinə X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat aliment tutulur.Bundan başqa, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1313/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ondan tələbkar X2 xeyrinə X7 və X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 manat aliment tutulur.Hazırda hər iki icra sənədi üzrə aliment ödəyir.O, "xxxx" MMC-də işləyir və aylıq əmək haqqı 450 manat təşkil edir.Hal-hazırda icra orqanının "xxxx" MMC-yə göndərdiyi xx.xx.2022-ci il tarixli məktubuna əsasən onun əmək haqqının 70%-tutulur. Eyni zamanda Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1313/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ondan 350 manat aliment tutulur. Qeyd etmək istəyir ki,gündəlik işdə olmaqla başqa yerdə işləmək və əlavə gəlir əldə etmək hüququ məhduddur.Aliment məbləğinin onun aylıq qazancından çox olması onu əlverişsiz vəziyyətə salır və barəsində məsuliyyət yaradır.Hazırda hər icra sənədi üzrə əmək haqqından 70% tutulması onun yaşayışına təsir etməklə bərabər digər aliment işi üzrə alimenti ödəməyə imkan vermir. Bakı şəhəri İcra Şöbəsinə verdiyi aylıq əmək haqqının 40%-nin tutulması barədə ərizəsindən imtina olunmuşdur.Qeyd olunanlara əsasən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 2447/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə əmək haqqından aliment borcunun ödənilməsi üçün 40% tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş borclu və tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni təqdim edilmiş sənədlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İşin hallarından görünür ki,məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri ilə borcludan 154 manat və 350 manat aliment tutulur. Cavabdeh Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2447/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə əmək haqqından aliment borcunun ödənilməsi üçün 40% tutulması barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki,borclunun hazırkı tələbinə icra sənədinin icrası qaydasında baxıla bilməz.Belə ki, borclu Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2447/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borcun hər ay 154 manat tutulması hissədə əmək haqqından 40% tutulmasını xahiş etməklə faktiki olaraq qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən olunmuş alimentin azaldılmasını xahiş edir. Ona görə də ərizə təmin olunmamalı,ərizəçiyə izah olunmalıdır ki,onun qeyd olunan tələblə bağlı iddia icraatı qaydasında məhkəməyə iddia ərizəsi vermək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2447/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icra üsulunun dəyişdirilməsi barədə X1nun ərizəsi təmin olunmasın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar