Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-450/2022 12.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-1461/2022 saylı icra sənədinə əsasən Borclu 29 mart 2022-ci il tarixdən başlayaraq, 30 oktyabr 2017ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulub, X2 verilməsi qət edilmişdir. İcra sənədi icra olunması üçün Bakı şəhəri Nizami rayon icra şöbəsinə göndərilmişdir. İcra məmuru Nüşabə Kərimzadə təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(007)-1461/2022-010 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1992-ci ildə Zərdab rayonu, Körpükənd kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 1737 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Bakı şəhəri Nizami rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün tələbkarla razılıq əsasında 1 ay müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir, barəsində aldığımız məlumata görə borclu yaxın günlərdə ölkəni tərk etmək istəyir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası heç bir şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd edilənlərə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Hazırdа isə məhkəməyə borclunun əmlakının axtarılması və borclu barəsində məcburi icra tədbirlərinin tətbiq edilməsi üzrə hər hansı tədbirlərin görülməsinə dair məlumatlаr verilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Belə ki, qanunun həmin normasından göründüyü kimi, borclunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması üçün yeganə şərt borclu tərəfindən məhkəmə qərarı əsasında verilmiş icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda məhz üzrsüz səbəbdən icra edilməməsidir. Lakin hаzırdа icrа işinin mаtеriаllаrınа Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə çağırılması barədə Borclu çağırış vərəqələrinin təqdim olunmasını və icra sənədinin borclu tərəfindən üzrsüz səbəb olmadan icra edilməməsini təsdiq edən heç bir sübut əlаvə edilməmişdir. Belə olan halda, icra məmuru borclunun icra sənədini könüllü icra üçün müəyyən edilmiş vaxtda icra etməməsinin səbəbini, bunun üzrlü və ya üzrsüz səbəbdən baş verməsini araşdırmadan qeyri-obyektiv nəticəyə gələrək borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Hansı ki, bunun üçün yetərincə qanuni əsaslar olmalıdır və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar, icra sənədinin hər hansı səbəbdən icra edilməməsi ilə deyil, yalnız üzrsüz səbəbdən icra edilməməsi halında, icra sənədinin icrasının borclunun şəxsiyyəti ilə bağlı olub, onun iradəsindən asılı olduğu hallarda qəbul oluna bilər, həmin hüququn məhdudlaşdırılması isə şəxsin konstitusion hüquqlarının pozulması ilə nəticələnə bilər. Təqdimat vermiş şəxs təqdimatında Borclu borcu üzrsüz səbəbdən ödəmədiyini, aidiyyəti təşkilatlara sorğular verildiyini qeyd etmiş və təqdimatını bununla əsaslandırmağa çalışmış, lakin təqdimatına bununla bağlı sübutlarını əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıda dair ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir və həmin təqdimata bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hаzırdа Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsaslar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, icra məmurunun hazırkı iş üzrə təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-1461/2022 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №8(007)-450/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-450/2022
12.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver