Məhkəmə qərarları › İş №8(007)-456/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-456/2022

16.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-456/2022 16.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, X1, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı X4 cavabdeh X8 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1743/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin izah edilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X9 cavabdeh X8 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1743/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməklə, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilə X4 ½ hissədə, X7 ½ hissədə payı müəyyən edilməsi, «Kristal-5» firmasının balansında sahəsi 28.7 kv.m olan əmlak üzərində X8 məxsus pay haqqının ½ hissəsi X5, ½ hissəsi X8 aid edilməsi, 19 ədəd 10 manatlıq və 5 ədəd 15 manatlıq qızıl əmlaklar X6 alınaraq X5 verilməsi qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1743/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsində 19 ədəd 10 manatlıq və 5 ədəd 15 manatlıq qızıl əmlak yazılmaqla qızıl əmlakın konkret nədən ibarət olmasına dair izah verilməsini xahiş etmişdir. Məkəmə iclasında X2 ərizədə göstərilən xüsusatlar nəzərə alınmaqla Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1743/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilməsini xahiş etdi. Məhkəmə iclasında X1 vəkili və nümayəndəsi Vəkil X4 izahatına uyğun izahat verdi. X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 230.4-cü maddəsinə əsasən borclunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1743/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamənin izah edilməsinə dair tələbkarın ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-1743/2021 saylı qətnaməsinin “19 ədəd 10 manatlıq və 5 ədəd 15 manatlıq qızıl əmlaklar” hissəsinə -«19 ədəd bir tərəfində “1899 г 10 рублей”, digər tərəfində İİ Nikolayın şəkli həkk olunmuş və 5 ədəd bir tərəfində “1897 г 15 рублей”, digər tərəfində İİ Nikolayın şəkli həkk olunmuş qızıl sikkələr X6 alınaraq X5 verilsin» məzmunda izah verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-1743/2021 saylı qətnaməsinin “19 ədəd 10 manatlıq və 5 ədəd 15 manatlıq qızıl əmlaklar” hissəsinə aşağıdakı məzmunda izah verilsin: - «19 ədəd bir tərəfində “1899 г 10 рублей”, digər tərəfində İİ Nikolayın şəkli həkk olunmuş və 5 ədəd bir tərəfində “1897 г 15 рублей”, digər tərəfində İİ Nikolayın şəkli həkk olunmuş qızıl sikkələr X6 alınaraq X5 verilsin». Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar