Məhkəmə qərarları › İş №8(007)-46/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-46/2024

13.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-46/2024 13.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Tələbkar iştirakı ilə, Borclu məxsus avtomobilin üzərinə borcun həcmi miqdarında həbsin qoyulması barədə icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2434/2023-012 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən borclu ünvan 1 ünvanla 103 nömrəli mənzil) mənzilə görə ödənilmiş 23000 (iyirmi üç min) manat məbləğində pul vəsaiti, 02 (iki) il müddətində öhdəliyin yerinə yetirilməməsinə görə hesablamış həmin məbləğin 5 faizi, yəni (iki min beş yüz əlli) manat pul vəsaiti və ödənilmiş 160 (yüz altmış) manat dövlət rüsumunun əvəzi cavabdeh Borclu alınaraq, iddiaçı Tələbkar ödənilməlidir. İcra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək, icra zamanı Borclu borc tələbinin icrası haqqında qərar və bildiriş göndərildiyini, lakin borc tələbi müəyyən edilən vaxtdan tələbkarın xeyrinə ödənilmədiyini, icra hərəkətləri davam etdirilən zaman Borclu mülkiyyətində olan «Suzuki Swift» minik markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobilin aşkar olunmasını göstərmiş, icra sənədinin icrasını təmin etmək məqsədilə həmin avtomobilin üzərinə borcun həcmi miqdarında həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə Tələbkar izahatında göstərdi ki, cavabdehlər əvvəlki məhkəmə işlərində də iştirak etməmişlər. O insanlar heç bir pulu verməyəcəklər. Təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, icra məmuru və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında təqdim edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2434/2023-012 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, iddia qismən təmin edilmiş, ünvan 1 ünvanla 103 nömrəli mənzil) mənzilə görə ödənilmiş 23000 (iyirmi üç min) manat məbləğində pul vəsaiti, 02 (iki) il müddətində öhtəliyin yerinə yetirilməməsinə görə hesablamış həmin məbləğin 5 faizi, yəni (iki min beş yüz əlli) manat pul vəsaiti və ödənilmiş 160 (yüz altmış) manat dövlət rüsumunun əvəzi cavabdeh Borclu alınaraq, iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir; - xx.xx.2024-cü il tarixli Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmurunun icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2434/2023-012 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2434/2023-012 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi borcludan xahiş edilmiş, bu müddətdə üzrsüz səbəbdən icra sənədini icra etmədiyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi barədə borcluya xəbərdarlıq edilmişdir. - “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışlardan görünür ki, Borclu mülkiyyətində heç bir avtomobil nəqliyyat vasitəsi yoxdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir; 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur; 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir; 50.5-ci maddəsinə əsasən, üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər. Məhkəmə iclasında müəyyən edildi ki, üzərinə həbs qoyulması xahiş edilən «Suzuki Swift» markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətində deyildir. Belə olan halda məhkəmə hesab edir ki, borcluya məxsus avtomobil olmadığından «Suzuki Swift» minik markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə borcun həcmi miqdarında həbs qoyulması barədə təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Suzuki Swift» minik markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə borcun həcmi miqdarında həbs qoyulması barədə icra məmurunun təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar