Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-465/2023 18.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, X1 katibliyi ilə, Bakı şəhər Nizami rayon İcra şöbəsinin böyük icra məmuru Gültac Sadıqovanın Borclu məxsus “əmlakın üzərinə həbs qoyulması” barədə təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Tələb :
1. Bakı şəhər Nizami rayon İcra şöbəsinin böyük icra məmuru Gültac Sadıqova Borclu məxsus “əmlakın üzərinə həbs qoyulması” barədə təqdimatla Bakı şəhər Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2074/2021 saylı, xx.xx.2021-ci tarixli icra sənədinə əsasən Borclu məxsus “Mercedes 208 D” minik markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.
Təqdimatın əsaslandırıldığı hallar :
2. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2074/2021-016 nömrəli, xx.xx.2021ci il tarixli icra sənədinə əsasən Borclu və X2 68430 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu və X3 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Mercedes 208 D” minik markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir.
İş materialları :
3. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2074/2021-016 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən müəyyən olunur ki, həmin icra sənədi üzrə borclular Borclu və X2 Tələbkar xeyrinə cəmi 68430 manat məbləğində borcun tutulması qət edilmişdir.
4. Bakı şəhər Nizami rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarına və “tələbin könüllü icrası haqqında” bildirişə əsasən müəyyən olunur ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2074/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi həmin tarixdə icraata qəbul edilərək icraata başlanılmış və borclular Borclu və X5 tələbin icrası üçün 10 gün könüllü icra müddəti verilmişdir.
5. xx.xx.2023-cü il tarixli “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Borclu mülkiyyətində “Mercedes 208 D” minik markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır.
6. Bakı şəhər Nizami rayon İcra şöbəsinin böyük icra məmuru Gültac Sadıqovanın xx.xx.2023-cü il tarixli “borclunun əmlakının axtarılması haqqında” qərarına əsasən müəyyən olunur ki, iş üzrə Borclu mülkiyyətində olan “Mercedes 208 D” minik markalı, **- EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin barəsində axtarış elan edilməsi və Bakı şəhər Nizami rayon İcra şöbəsinə təhvil verilməsi qərara alınmışdır.
7. Borclu Bakı şəhəri Nizami rayon İcra şöbəsinə verdiyi xx.xx.2022-ci il tarixli izahata əsasən müəyyən edilir ki, həmin tarixə icra sənədi üzrə borcdan ödəniş etməmişdir.
8. İcra sənədi üzrə Tələbkar Bakı şəhəri Nizami rayon İcra şöbəsinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli qəbzə əsasən müəyyən edilir ki, həmin tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2074/2021-016 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu 1000 (bir min) manat məbləğində ödəniş qəbul etmişdir.
Tərəflərin mövqeləri:
9. İcra məmuru və maraqlı şəxs Borclu, Tələbkar baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
10. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq :
11. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 129. Məhkəmə qərarları və onların icrası
İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
12. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunu :
8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi. 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. 50.4. borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur. 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.
Məhkəmənin mövqeyi :
13. Məhkəmə təqdimat və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, təqdimat təmin edilməlidir.
14. Belə ki, icra haqqında qanunvericiliyə əsasən icra sənədi qanunla müəyyən edilmiş müddətdə könüllü icra edilmədikdə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru “borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi” növündə məcburi icra tədbiri tətbiq edə bilər. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir.
15. Məcburi icra tədbirlərini tətbiq etmək üçün icra haqqında qanunvericilikdə müəyyən edilmiş əsaslar olmalıdır. Bunlar “İcra haqqında” Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir.
16. İcra haqqında qanunvericiliyə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.
17. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2074/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən borclular Borclu və X2 Tələbkar xeyrinə cəmi 68430 manat məbləğində borcun tutulması qət edilmişdir. Həmin icra sənədi xx.xx.2022-ci il tarixdə icraya yönəldilmişdir.
18. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Gültac Sadıqova tərəfinən xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmış və Borclu xx.xx.2022-ci il tarixdə tələbin könüllü icrası üçün bildiriş rəsmi qaydada təqdim edilmişdir.
19. İcra haqqında qanunvericiliyə əsasən icra sənədinin icrası üçün 2 ay (zəruri hallarda isə 3 ayadək uzadıla bilər) icra müddəti müəyyən edilməsinə baxmayaraq işin hallarından görünür ki, icra sənədi xx.xx.2022-ci il tarixdən icraya yönəldilməsinə baxmayaraq uzun müddətdir ki icra olunmamışdır.
20. Odur ki, məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsi icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan “Mercedes 208 D” minik markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması barədə hazırki təqdimatla məhkəməyə müraciət etməkdə haqlıdır.
21. Belə ki, nəzərə almaq lazımdır ki, məhkəmə qətnaməsinin icra müddəti məhkəmə müdafiəsi hüququnun təsiri altına düşür.
22. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci tarixli Qərar)
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar).
24. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Nəticə :
25. Belə olan halda, məhkəmə qeyd edir ki, hazırki iş üzrə borclunun əmlakı üzərinə həbs qoyulmasına dair təqdimat dövlətin adından çıxarılmış məhkəmə qərarının icrasını təmin etməyə yönəldiyindən, iş üzrə Tələbkar hüquqlarının müdafiəsi məqsədi daşıdığından, o cümlədən üzərinə həbs qoyulması üçün müraciət edilən əmlakın dəyəri icra sənədi üzrə tələb edilən məbləğə mütənasib olduğundan Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Gültac Sadıqovanın “əmlakın üzərinə həbs qoyulması” barədə təqdimatı təmin edilməli və maraqlı şəxs (borclu) Borclu məxsus “Mercedes 208 D” minik markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmalıdır.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 268, 395, 396-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-2074/2021-016 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus “Mercedes 208 D” minik markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva