Məhkəmə qərarları › İş №8(007)-468/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-468/2022

22.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-468/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, Borclu2 iştirakı ilə, Əmlakın üzərinə həbs qoyulmasına dair icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayev təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1278/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu2 cəmi 2029,89 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixdə başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Lakin könüllü müddət ərzində borcun ödənilməsi təmin edilməmişdir. Borclu2 dəfələrlə edilən xəbərdarlıq və tələblərə baxmayaraq 2029,89 manat məbləğində borcun ödənilməsi onun tərəfindən bu günədək təmin edilməmişdir. İcra tədbirləri zamanı borclunun adına qanunla tələbin yönəldilə biləcəyi əmlak və ya gəlirlər aşkar edilməmiş, bundan sonra birgə nigah dövründə əmlakın əldə edilib edilmədiyinə dair Elektron “İcra sistemin”də sorğular olunmuş, müəyyən olunmuşdur ki, Borclu2 Borclu1 ilə xx.xx.1988-ci ildən nikahdadır, nikahda olduğu dövr ərzində, Borclu1 adına “VAZ 21074” minik markalı, ** OR *** dövlət qeydiyyat nişanlı avtomobilin əldə edildiyi müəyyən edilmişdir. Tələbin borclunun həmin əmlakda olan payına yönəldilməsi məqsədi ilə Ailə və Mülki Məcəllələrinə uyğun olaraq Borclu1 adına olan “VAZ 21074” minik markalı, ** OR *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatın baxılması xahiş edilmişdir. Məhkəmə iclasında Borclu2 izahat verərək bildirdi ki, ümumi 200 manat ödəniş etmişdir, qalan 2000 manata yaxındır. Hazırda işləmir, borcunu hissə-hissə ödəyə bilər. Artıq 15 gündür ki, avtomobili ondan alınaraq cərimə meydançasına yerləşdirmişlər. O, hazırda həmin avtomobil ilə pul qazanır. Avtomobil arvadı Borclu1 adınadır. Qeyd edilənlərə əsasən təqdimatın təmin edilməməsini xahiş etdi. Qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1278/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilərək, cavabdeh Borclu2 1990,58 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 39,31 manat məbləğində pulun tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. - Bakı şəhər Nizami rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1278/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası borcluya bildiriş göndərilmişdir. - “Elektron icra və məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Borclu1 adına ** OR *** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı avtomobil qeydə alınmışdır. - AE № 148830 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2004-cü il buraxılışlı, 90OR305 dövlət qeydiyyat nişanlı, “Vaz 21074” minik markalı avtomobil Borclu2 mülkiyyətində olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Borclu2 barəsindəki icra sənədinin icrasının təmin edilməsi üçün müvafiq tədbirlər görülərək borclunun əmlak vəziyyəti araşdırılmış, bu zaman borclunun adına heç bir əmlak aşkar olunmamışdır. Məlum olmuşdur ki, məhkəmənin icraatında olmuş 2(007)-1278/2022 saylı mülki iş üzrə araşdırma aparılan zaman 90OR305 dövlət qeydiyyat nişanlı, “Vaz 21074” minik markalı avtomobil Borclu2 mülkiyyətində olsa da, hazırda əmlak onun həyat yoldaşı olan Borclu1 mülkiyyətindədir. Həmin əmlak Borclu2 ilə Borclu1 birgə nikahları dövründə borclunun adına, daha sonra isə borclunun arvadının adına qeydiyyata alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir; 45.8-ci borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Ailə Məcələsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcələsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, sözügedən icra sənədi üzrə borclunun yetərli pul vəsaiti olmadığından, icra sənədinin icrasının təmini məqsədi ilə, borcunu arvadı Borclu1 mülkiyyətində olan 90OR305 dövlət qeydiyyat nişanlı, “Vaz 21074” minik markalı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1278/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə 90OR305 dövlət qeydiyyat nişanlı, “Vaz 21074” minik markalı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar