Məhkəmə qərarları › İş №8(007)-47/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-47/2024

28.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-47/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3236/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclunun “əmlakının üzərinə qoyulmuş həbsin götürülməsi” barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanov təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3236/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadının ləğv edilməsi və Borclu məxsus “VAZ21214” minik markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi məsələsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(007)-3236/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Borclu və X1 "xxxx" ASC-nin xeyrinə 2128,22 manat pulun tutulması qərara alınmışdır. İcra sənədi xx.xx.2019-cu il tarixdə məcburi icraya yönəldilmiş və həmin tarixdə icraata qəbul edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “VAZ 21214” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmudur. İcra sənədi üzrə tələb borclu tərəfindən tam şəkildə yerinə yetirilmişdir. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, icra məmuru, tələbkarın nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Təqdimata əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3236/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, X1 və Borclu 2097 manat 82 qəpik (iki min doxsan yeddi manat səksən iki qəpik) manat sığorta ödənişi və 30,40 manat ödənilmiş dövlət rüsumu, cəmi 2128,22 (iki min yüz iyirmi səkkiz manat iyirmi iki) manat "xxxx" ASCnin xeyrinə tutulması qət edilmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3236/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadının surətindən görünür ki, ididaçı "xxxx" ASC-nin ərizəsi qismən təmin edilmiş, cavabdeh Borclu mülkiyyətində olan “VAZ21214” minik markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmurunun icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, icra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3236/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Borclu tərəfindən 328 manat ödəniş edilmişdir. - 12 fevral 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsi tərəfindən "xxxx" ASC-nin hesabına 328 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3236/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən X1 və Borclu 2097 manat 82 qəpik (iki min doxsan yeddi manat səksən iki qəpik) manat sığorta ödənişi və 30,40 manat ödənilmiş dövlət rüsumu, cəmi 2128,22 (iki min yüz iyirmi səkkiz manat iyirmi iki) manat "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3236/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində “VAZ21214” minik markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə təmin olunduğundan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3236/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə icra məmuru tərəfindən xitam verilməsi qərara alınmışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3236/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Borclu tələb olunan borc tam ödənildiyi üçün ona məxsus olan avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, təqdimat təmin olunmalı, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3236/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ləğv edilməli, Borclu mülkiyyətində olan “VAZ21214” minik markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3236/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ləğv edilsin. Borclu mülkiyyətində “VAZ21214” minik markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Baş X3 İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar