Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-48/2024 26.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin e- 2(007)-2383/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu 20 iyul 2023cü il tarixdən başlayaraq, 27 oktyabr 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, Tələbkar qızma verilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon icra şöbəsinin icraatına daxil olmuş, müvafiq qərarla icra məmuru tərəfindən icraata başlanmış və bu barədə tərəflərə məlumat verilməsi təmin edilmişdir. Lakin Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə icra sənədinin icrasını təmin etməmiş və icranı təmin etməməsinin səbəbləri barədə şöbəyə məlumat verməmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq dövlət qeydiyyat orqanlarına sorğular edilmiş və əldə olunan məlumata əsasən Borclu adına “BMW 5351 minik” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Qeyd edilənlərə əsasən Borclu məxsus “BMW 5351 minik” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması məsələsinə baxılması xahiş edilmişdir. Borclu xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, avtomobilin üzərinə həbs qoyulacaq qədər aliment borcu yoxdur. 430 manat aliment borcuna görə onun avtomoiblin üzərinə həbs qoyulması ədalətsiz olardı. O, işləmədiyi halda, iki uşağa görə aliment verir. Məhkəmənin təqdimata onun iştirakı ilə baxılması daha məqsədəmüvafiq olduğundan məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Borclu xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, təqdimat əsassızdır. Onun təxminən 400 manat aliment boru qalmışdır. Həmin məbləği ödəməyə çalışır. Bu məbləğə görə avtomobilin üzərinə həbs qoyulması əsassızdır. Təxminən 20 gün ərzində borcunu tam ödəyəcəkdir. Təqdimatın təmin edilməməsini və ona borcunu ödəmək üçün 20 gün vaxt verilməsini xahiş etmişdir. Qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında tələbkar X2 izahat verərək bildirdi ki, məhkəmə iclasının vaxtı barədə məlumat göndəriləndən sonra borclu 300 manat ödəniş edib. 5 ayın aliment borcu var idi, bir dəfə icra məmuru borclu ilə danışdıqdan sonra borclu 150 manat, şikayət edildikdən sonra 160 manat, o, Baş İcra İdarəsinə şikayət etdikdən sonra isə 300 manat ödəniş edib. Hazırda 410 manat borcu qalıb. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2383/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilərək, Borclu 20 iyul 2023-cü il tarixdən başlayaraq, 27 oktyabr 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub, Tələbkar verilməsi qət edilmişdir. - Bakı şəhəri Nizami rayon icra şöbəsinin icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 2383/2023 saylı xx.xx.2023-cü il icra sənədi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası borcluya bildiriş göndərilmişdir. - “Elektron məhkəmə informasiya” sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Borclu adına “BMW 5351 minik” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Borclunın barəsindəki icra sənədinin icrasının təmin edilməsi üçün müvafiq tədbirlər görülərək borclunun əmlak vəziyyəti araşdırılmış, bu zaman borclunun adına avtomobilin qeydə alındığı aşkar olunmuşdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu aliment ödənişlərini edir və yığılmış aliment borcundan da ödənişlərini davam etdirir. Həmçinin, məhkəmə iclasında iştirak etmiş tələbkar da xx.xx.2024-cü il tarixinə borclunun 410 manat borcu olduğunu qeyd etmişdir. Belə olan halda həmin borca münasibətdə “BMW 5351 minik” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması mütənasiblik prinsipinə ziddir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Belə olan halda, məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatında qeyd olunan əmlakın üzərinə həbs qoyulması üçün əsaslar müəyyən edilmədiyindən təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2383/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclunın mülkiyyətində olan “BMW 5351 minik” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmurunun təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №8(007)-48/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-48/2024
26.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver