Məhkəmə qərarları › İş №8(007)-485/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-485/2023

30.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-485/2023 30.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, X13 qızının katibliyi, Maraqlı şəxs (ərizəni verən şəxs) Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin nümayəndəsi X7 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2390/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsi barədə maraqlı şəxs Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2390/2023 saylı xx.xx.2023-cü tarixli qətnaməsinə əsasən ərizə təmin edilərək, X2 09 yanvar 2018-ci il tаriхdə Bаkı şəhərində tibb müəssisəsindən kənаrdа X3 tərəfindən dоğulmаsı fаktının müəyyən еdilməsi, qətnаmənin Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə tərəfindən vətəndаşlıq vəziyyəti аktlаrının qеydiyyаtı kitаbındа dоğumun qеydə аlınmаsı və dоğum hаqqındа şəhаdətnаmə vеrilməsi üçün əsаs olması, şəhadətnamədə X2 doğum tarixi 09 yanvar 2018-ci il, doğulduğu yer Bakı şəhəri, soyadı, adı, atasının adı qrafasında “X6”, ata adı qrafasında “İddiaçı”, ana adı qrafasında isə “X3” kimi qeyd olunması, məhkəmə xərclərinin ərizəçi İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Maraqlı şəxs (ərizəni verən şəxs) Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2390/2023 saylı, xx.xx.2023-cü il tarixli İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən olunması haqqında qətnaməyə əsasən X2 doğumunun qeydə alınması zamanı onun doğum haqqında akt qeydinin “Uşaq haqqında məlumat” qrafasında soyadı, adı və atasının adının “X8”, “Ata haqqında məlumat” qrafasında “İddiaçı”, “Ana haqqında məlumat” qrafasında “X3” qeyd edilməsi qət edilmişdir. Həmçinin bildirirlər ki, uşağın valideynləri olaraq qeyd edilən İddiaçı ilə X1 öz aralarında rəsmi şəkildə nikah olmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” qaydalarının aşağıdakı bəndlərinə əsasən 2.8.2. valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 2.8.3. uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Qeyd edilənlərə əsasən ərizəçi İddiaçı Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-2390/2023 saylı, xx.xx.2023-cü il tarixli doğumun qeydə alınması faktının müəyyən edilməsi barədə qətnaməsinin X2 doğumunu qeydə alarkən eyni zamanda atalığının müəyyən edilməsi üçün də əsas sayılıb-sayılmaması barədə qətnaməyə izah edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında maraqlı şəxs (ərizəni verən şəxs) Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin nümayəndəsi X10 ərizənin təmin edilməsini və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2390/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsini xahiş etdi. Məhkəmə ərizəyə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəçi İddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, onunla Gürcüstan Respublikasının vətəndaşı X1 birgə yaşayış dövründə 09 yanvar 2018-ci il tarixdə Bakı şəhərində ev şəraitində oğlan uşağı doğması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamənin ata qrafasında İddiaçı, ana qrafasında X1 qeyd edilməsini xahiş etmiş, daha sonra onun nümayəndəsi ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Gürcüstan Respublikasının vətəndaşı X1 09 yanvar 2018-ci il tarixdə Bakı şəhərində, ev şəraitində X4 doğması faktının müəyyən edilməsi, X2 doğum haqqında şəhadətnaməsinin ata qrafasında İddiaçı, ana qrafasında X1 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2(007)-2390/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. İddiaçı ilə X1 nikahı olmadığından, onların atalığın müəyyən olunması barədə birgə ərizəsi, həmçinin, məhkəmənin qətnaməsində bununla bağlı qeydlər olmadığından Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə tərəfindən X5 dоğum hаqqındа şəhаdətnаmə vеrilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, İddiaçı məhkəmədə uşağın doğulması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməklə və ərizədə özünü uşağın atası kimi göstərməklə uşağın atası olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2-ci maddəsinə əsasənə birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5-ci maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 14-cü bəndində göstərilmişdir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” qaydalarının: 2.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.8.2. valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 2.8.3. uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Göründüyü kimi, məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və hazırda Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin icraatındadır. Lakin məhkəmə qətnaməsində ərizəçi İddiaçı X2 atası olmasının müəyyən edilməsi ilə bağlı məlumatlar göstərilmədiyindən qətnamənin icrasını təmin etmək mümkün olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, həmin qətnaməyə izah verilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2390/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2390/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən X2 doğumunu qeydə alarkən eyni zamanda atalığının müəyyən edilməsi üçün əsas sayılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 230, 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2390/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2390/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən X2 doğumunu qeydə alarkən eyni zamanda atalığının müəyyən edilməsi üçün əsas sayılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar