Məhkəmə qərarları › İş №8(007)-49/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-49/2024

14.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-49/2024 14.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhər Nizami rayon İcra şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-307/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə “əmlak üzərinə qoyulmuş həbsin götürülməsi” barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Tələb :

1. Bakı şəhər Nizami rayon İcra şöbəsinin icra məmuru Əlihüseyn Aslanov “əmlak üzərinə qoyulmuş həbsin götürülməsi” barədə təqdimatla Bakı şəhər Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 8(007)-282/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi və borclu X6 məxsus “LEXUS minik” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir.

Təqdimatın əsaslandırıldığı hallar :

2. Bakı şəhori Nizami rayon Məhkəməsinin 2(007)-307/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, 01 may 2010-cu il təvəllüdlü X1 və 11 mart 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu 04 oktyabr 2019-cu il tarixdən hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X5 verilməsi qərara alınmışdır. İcra sənədi üzrə xx.xx.2020-ci il tarixdə müvafiq qərarla icraata başlanılmış, borclunun ünvanına bildiriş göndərilmişdir. Lakin Borclu icra məmuru tərəfindən verilmiş könüllü müddət ərzində icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə icra sənədinin icrasını təmin etmədiyindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq dövlət orqanlarına sorğular edilmiş və əldə olunan məlumata əsasən Borclu adına “LEXUS minik” markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 8(007)-282/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Borclu məxsus avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra tədbirləri nəticəsində Borclu alimentə görə yığılmış 7218 manat borcu tam şəkildə ödənilmiş və bundan əlavə Tələbkar ərizə ilə şöbəyə müraciət edərək avtomobil üzərinə qoyulmuş həbsin götürülməsinə etiraz etmədiyini bildirmişdir. İş materialları :

3. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-307/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən müəyyən olunur ki, 01 may 2010-cu il təvəllüdlü X1 və 11 mart 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Borclu 04 oktyabr 2019-cu il tarixdən hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X5 verilməsi qət edilmişdir.

4. Bakı şəhər Nizami rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli “icraata başlamaq haqqında” qərarına və “tələbin könüllü icrası haqqında” bildirişə əsasən müəyyən olunur ki, Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-307/2020 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi həmin tarixdə icraata qəbul edilərək icraata başlanılmış və Borclu tələbin dərhal icrası təmin edilmişdir.

5. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-307/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Tələbkar Bakı şəhər Nizami rayon İcra şöbəsinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəyə əsasən müəyyən edilir ki, Tələbkar “LEXUS minik” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Borclu məxsus olmadığını, həm avtomobilə görə heç bir iddiasının olmadığını və **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə etirazı olmadığını bildirmişdir.

6. Bakı şəhəri Nizami rayon məhkəməsinin 8(007)-282/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadına əsasən müəyyən olunur ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-307/2020 saylı, xx.xx.2020-ci il tarixli icrasını təmin etmək məqsədi ilə X6 məxsus “LEXUS minik” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur.

7. xx.xx.2023-cü il tarixli 77 nömrəli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-307/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə X3 hesabına 3000 manat ödəniş edilmişdir.

8. xx.xx.2023-cü il tarixli 95 nömrəli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-307/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə X3 hesabına 4218 manat ödəniş edilmişdir.

Tərəflərin mövqeləri:

9. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatın təmin edilməsini məhkəmədən xahiş edərək, əlavə olaraq izahatında bildirmişdir ki, yaranmış 7000 manat aliment borcu ilə əlaqədar avtomobil üzərinə həbs qoyulmuşdur. Həmin avtomobil ona məxsus deyildir, dayısına məxsusdur, onun adına kreditə götürülmüşdür. Hazırda aliment borcu yoxdur, tam ödənilmişdir.

10. İcra məmuru və Tələbkar məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.

11. Tələbkar Məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, “LEXUS minik” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir.

12. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq :

13. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunu :

20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.5. icra sənədi tam icra olunduqda. 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.4. İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 20.7. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. 20.8. İcra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi. 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi.

Məhkəmənin mövqeyi :

14. Məhkəmə təqdimat və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək işin faktiki hallarını araşdıraraq qeyd edir ki, təqdimat təmin edilməlidir.

15. Belə ki, icra haqqında qanunvericiliyə əsasən icra sənədi qanunla müəyyən edilmiş müddətdə icra edilmədikdə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru “borclunun əmlakının üzərinə həbs qoymaq” növündə məcburi icra tədbiri tətbiq edə bilər.

16. İşin faktiki hallarına əsasən müəyyən edilir ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 8(007)-282/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə yaranmış aliment borcu ilə əlaqədar Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-307/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə X6 məxsus “LEXUS minik” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur.

17. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, yaranmış aliment borcu üzrə 7218 manat ödənildiyindən, həmçinin tələbkar X4 “LEXUS minik” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı tələbi olmadığından icra məmuru tərəfindən hazırkı təqdimat ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

18. Belə ki, icra haqqında qanunvericiliyə əsasən icra tədbirlərinin tətbiq edilməsində məqsəd icra sənədinin icrasını təmin etməkdir. Hazırda isə işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-307/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tərəflər arasında mübahisə yoxdur, tələbkar əmlak üzərinə qoyulmuş həbsin götürülməsini istəyir.

19. Belə olan halda məhkəmə qeyd edir ki, “LEXUS minik” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində həbsin saxlanılmasını zəruri edən hallar müəyyən edilmədiyindən həmin əmlak üzərinə qoyulmuş həbs götürülməlidir.

Nəticə :

20. Beləliklə, məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami Rayon İcra şöbəsinin icra məmuru Əlihüseyn Aslanov tərəfindən verilmiş təqdimat təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-282/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilməli və Borclu məxsus “LEXUS minik” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbs götürülməlidir.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268, 269, 395, 396-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami rayon məhkəməsinin 8(007)-282/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilsin. Borclu məxsus “LEXUS minik” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Baş X12 İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar