Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-50/2023 13.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, Tələbkarın nümayəndəsi Nümayəndə, X1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-2189/2022 saylı qətnaməsində göstərilən borcun hissə-hissə icra edilməsinə dair ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-2189/2022 saylı qətnaməsinə əsasən iddia təmin edilərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1941,36 manat əsas borc, 194,4 manat cərimə borcu olmaqla, ümumilikdə 2136 manat borc və 41,36 manat dövlət rüsumunun əvəzi X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli e-2(007)-2189/20222 saylı qətnaməsi üzrə iddiaçı "xxxx" MMC borclu olduğu pulun hissə-hissə olaraq hər ay 150 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC cavabdeh X5 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, HP notebook üçün 1941,6 manat ödənilməmiş hissə, 19,4 manat cərimə, ümumilikdə 2136 manat borc, 41,36 manat ödənilmiş dövlət rüsumu cavabdeh X3 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2189/20222 saylı, 15 iyul 2022-ci il tarixli qətnaməsi ilə təmin edimiş və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1941,36 manat əsas borc, 194,4 manat cərimə borcu olmaqla, ümumilikdə 2136 manat borc və 41,36 manat dövlət rüsumunun əvəzi X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Məhkəməyə müraciət etməkdə məqsədi odur ki, "xxxx" MMC-yə hər ay 100-150 manat ödəyir və onlar tərəfindən davamlı borcunu ödəsə, heç bir problem olmamasını bildirmişlər. Lakin Nizami Rayon İcra şöbəsindən məbləğindən tam ödənilməsini tələb edirlər. Bildirir ki, o, təzə ailə qurmuşdur, özü taksi fəaliyyəti ilə məşğul olur. Qazancı ailəsinə və xərclərinə zorla yetir. Bildirir ki, o, pulu ödəməkdən imtina etmir. Məhkəmə iclasında X2 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, borcundan 200 manat ödəniş etmişdir. Qalan aylar üzrə hər ay 200 manat ödəniş edə bilər. Bu gündə onun kartına 78 manatdan çox pul köçürülüb, həmin məbləği də tələbkara ödəyəcəkdir. Ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkarın nümayəndəsi borculunun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-2189/2022 saylı icra sənədini hissə-hissə icra edilməsinə dair ərizənin təmin edilməsinə etiraz etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş icraatında icra sənədi olan icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli “Məhkəmə qətnaməsi haqqında” 4 saylı qərarının 12 və 13-cü bəndlərinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Sadalanlarə əsasən, borclunun əmlak vəziyyəti və digər hallar nəzərə alınmaqla qətnamənin hissə-hissə icra edilməsinə dair qərar qəbul oluna bilər. Maddələrin tələblərinin tətbiqi üçün borclunun əmlak vəziyyətinin qətnamənin bilavasitə icrasının mümkün olmadığına dair halların və yaxud hər hanası digər halların müəyyən edilməsini zəruri etmişdir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-2189/2022 saylı qətnaməsinə əsasən iddia təmin edilərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1941,36 manat əsas borc, 194,4 manat cərimə borcu olmaqla, ümumilikdə 2136 manat borc və 41,36 manat dövlət rüsumunun əvəzi X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Borclu tərəfindən ümumilikdə 200 manat ödəniş edilmişdir. Məhkəmə borclunun işləməməsini, borcun ödənilməsindən boyun qaçırmamasını, lakin hazırki halda maddi vəziyyətinin ağır olmasını, həmin vəsaiti birdəfəyə ödəməyə maliyyə imkanının olmaması hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-2189/2022 saylı icra sənədinə əsasən X2ndan tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı olan ümumilikdə 2177,36 manat məbləğində pulun ödənilməmiş hissəsi, tam ödənilənədək X3 hər ay 200 (iki yüz) manat məbləğində pulun tutularaq tələbkara ödənilməsi məqsədəmüvafiqdir. Məhkəmə əlavə olaraq nəzərə alır ki, qətnamənin hissə-hissə olmaqla icrası ədalət tələbinə uyğun, adekvatdır və tələbkarın konstitusiya hüququnun mahiyyətinə toxunmur. Qətnamənin hissə-hissə icra olunması barədə qərar qəbul edilməsi xeyrinə məhkəmə qətnaməsi çıxarılmış tələbkarın hüquqlarını və qanunla qorunan mənafeyini pozmayacaqdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)- 2189/2022 saylı qətnaməsinin “hissə-hissə icra edilməsi” barədə ərizəsi təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-2189/2022 saylı qətnaməsi hissə-hissə olmaqla icra edilsin, həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə ümumilikdə 2177,36 manat məbləğində pulun ödənilməmiş hissəsi, tam ödənilənədək X3 hər ay 200 (iki yüz) manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №8(007)-50/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-50/2023
13.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver