Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-50/2025 19.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi Tələbkar iştirakı ilə, Ərizəçi Tələbkar tərəfindən verilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-7265/2016 saylı qətnaməsi ilə ödənilməli olan aliment məbləğinin indeksasiyası barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Tələbkar ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəmi təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli, 2(007)-7265/2016 saylı qətnaməsi ilə övladı üçün təyin edilmiş 140 manat sabit pul məbləğində alimentin indeksasiya edilməsi və 27 yanvar 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşma çatmayan 18 mart 2011-ci il təvəllüdlü X1 üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müvafiq misli həddində sabit pul məbləğində alimentin Borclu tutularaq ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli, 2(007)-7265/2016 saylı qətnaməsi ilə iddiası qismən təmin edilərək, Borclu 10 oktyabr 2016-cı il tarixdən başlayaraq, 18 mart 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində 140 manat aliment tutularaq Tələbkar verilməsi qət edilib. 27 dekabr 2024-cü il tarixdə “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üzrə 246 manat məbləğində müəyyən edilib. Məhkəmə iclasında ərizəçi Tələbkar ərizənin dəlillərinə uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş borclu və icra məmuru məhkəməyə gəlməsə də, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəçinin göstərdiyi əsaslandırmanı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-7265/2016 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Borclu xx.xx.2016-cı ildən başlayaraq, xx.xx.2011ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 140 manat alimentin tutulub, Tələbkar verilməsi qət edilmişdir. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə ərizə ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “20 dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarnın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, AR Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın “20” dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması (alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir), habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Həmin qərarın 1.2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2013-cü il sentyabrın 1-dən 105 manat müəyyən edilmişdir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2017-ci il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilmişdir. Hazırda iş üzrə toplanmış materialları və ərizəçinin əsaslandırmasını nəzərdən keçirərək məhkəmə müəyyən etmişdir ki, ərizə əsaslıdır və göstərilən müraciət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-7265/2016 saylı qətnaməsi ilə Borclu xx.xx.2016-cı ildən başlayaraq, xx.xx.2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 140 manat alimentin tutulub, Tələbkar verilməsi qət edilib. Göründüyü kimi, həmin icra sənədi ilə aliment xx.xx.2016-cı il tarixdən başlayaraq həmin il üzrə 140 manat məbləğində tutulub. Odur ki, Borclu xx.xx.2011-ci il təvəllüdlü X2 üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının misli, xx.xx.2016-cı il tarixli qətnamə ilə qət edilmiş 140 manat sabit pul məbləğində alimentin 2016-cı il üzrə müəyyən olunmuş minimum əməkhaqqına mütənasibliyi nəzərə alınmaqla hesablanmalıdır. Məhkəmə qeyd edir ki, ərizəçi alimentin xx.xx.2025-ci il tarixdən indeksasiya edilməsini xahiş etsə də, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilən hal alimentin indeksasiya zamanı tətbiq edilmir və aliment məhkəmə qərardadı qanuni qüvvəyə mindiyi vaxtdan göstərilən qaydada tutulmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X2 üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,33 misli həddində sabit pul məbləğində aliment tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №8(007)-50/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-50/2025
19.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver