Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-53/2024 15.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi ilə, Borclu X5 məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə böyük icra məmuru Zaur Həmzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, ilk iddia qismən təmin edilərək, X4 istifadəsində olan Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli, 56 saylı sərəncamına əsasən icarə hüququ əsasında ona ayrılmış 75 kv.m torpaq sahəsində inşa edilmiş, Bakı şəhəri, Nizami rayonu, 2528-ci məhəllə, K.Balakişiyev küçəsi 76 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 75,44 kv.m olan qeyri-yaşayış sahəsinə X8 (Aliev Kenan) ½ hissədə istifadə hüququnun tanınması, həmin əmlakın 19 iyun 2017-ci il tarixli müqavilə əsasında "xxxx" ASC-yə icarəyə verilməsi nəticəsində 2019-cu ilin avqust ayından (boşanma qətnaməsinin tarixindən) 2022-ci ilin mart ayınadək ödənilmiş aylıq icarə haqqı olan 600 manat məbləğin ½ hissəsi, 02 dekabr 2021-ci il tarixli müqavilə əsasında X1 icarəyə verilməsi nəticəsində müqavilə bağlandığı tarixdən 2022-ci ilin mart ayınadək ödənilmiş aylıq icarə haqqı olan 150 manat məbləğin ½ hissəsi və 02 dekabr 2021-ci il tarixli müqavilə əsasında X2 icarəyə verilməsi nəticəsində müqavilə bağlandığı tarixdən 2022-ci ilin mart ayınadək ödənilmiş aylıq icarə haqqı olan 100 manat məbləğin ½ hissəsi X3 alınaraq X9 (Aliev Kenan) verilməsi, X3 7000 manat dəyərində olan nişan üzüyünün alınaraq X9 (Aliev Kenan) verilməsi, X3 ev əşyaları - şkaf, çarpayı, yolka və kombinin dəyəri olan 835 manatın ½ hissəsi, 417,50 manatın alınaraq X9 (Aliev Kenan) verilməsi, qalan hissədə ilk iddia tələbinin təmin olunmaması, Borclu X8 (Aliev Kenan) əmlakın dəyərinin yarısının ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin olunmaması, LP-163/20 saylı ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun ½ hissəsinin Borclu, ½ hissəsi isə X7 alınaraq "xxxx" MMC-nin hesabına köçürülməsi, LP-151/21 saylı ekspertiza tədqiqatının dəyəri olan 300 manat pul Borclu alınaraq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. İcra məmurunun təqdimatına əsasən, borclu X4 mülkiyyətində torpaq sahəsi aşkar edilmiş və icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-344/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,007540 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Hazırda böyük icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək, həmin torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, tələbkar X10 şöbəyə təqdim etdiyi notariat qaydada ərizəsinə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022 nömrəli, xx.xx.2021-ci il tarixli sənədi «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən, məhkəməyə qaytarılmışdır. Təqdimat vermiş icra məmuruna və tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş, tələbkarın icra qurumuna ünvanladığı xx.xx.2023cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu ona kirayə haqqı, qızıl və digər ev əşyaları tələbi üzrə, o isə Borclu Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1735/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə aliment borcludur. Lakin qarşı tərəf icra sənədi üzrə ona ödəməli olduğu aliment tələbindən imtina etdiyinə görə o da Borclu qarşı kirayə haqqı, qızıl və digər ev əşyaları tələbi üzrə ona ödəniləsi məbləğdən, eyni zamanda qeyri-yaşayış sahəsinin ½ hissəsinin istifadə hüququ tələbindən imtina edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 37/2022 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilməsini xahiş etmişdir. Bununla əlaqədar, ona qarşı hər hansı bir iddia, tələb qaldırmaq niyyətində deyildir. Bunun nəticəsində icra şöbəsi xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırda borcluya məxsus torpaq sahəsinin üzərinə qoyulmuş həbsin qüvvədə qalması zərurəti aradan qalxmışdır. Ona görə də, icra məmurunun təqdimatı təmin edilməli, əmlakın üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,007540 ha olan torpaq sahəsinin üzərinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-344/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №8(007)-53/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-53/2024
15.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver