Məhkəmə qərarları › İş №8(007)-59/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-59/2022

15.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-59/2022 15.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Tələbkar Borclu iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12.11.2020-ci il tarixli 2(007)-680/2020 saylı icra sənədinin icrasına möhlət verilməsinə dair ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu X5 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12.11.2020-ci il tarixli 2(007)-680/2020 saylı məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin icrasına 2 il müddətinə möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Nizami Rayon Məhkəməsinin 12.11.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 28.09.2013-cü il təvəllüdlü X6 atası ilə hər həftənin bazar günləri saat 11:00-dan saat 17:00-dək görüş təyin edilməsi barədə qətnamə qəbul olunmuşdur. Məlum qətnamə qanuni qüvvəsin almış və mütəmadi olaraq iddiaçı öz uşağı ilə ünsiyyətdə olur, lakin uşaq evə qayıdandan sonra psixoloji sarsıntı keçirir, iddiaçı uşağı digər əkiz qardaşlarına qarşı aqresiv edərək, məlum edir ki, “onlar sənin qardaşların deyil”. Bundan sonra uşaq aqresivləşək ona və əkiz qardaşlarına yad yanaşır və çox müddət qapalı qalır. O, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Borclu valideynlik hüquqlarının məhdudlaşdırılmasın xahiş etmişdir. Bu zaman məhkəmə tərəfindən psixloji ekspertiza təyin etmiş, məlum ekspertin rəyinə əsasən müəyyən edilmişdir ki, azyaşlı övladının atası ilə iradəsinə zidd olaraq ünsiyyətdə olmasının onun emosional-iradə sferasına və psixoloji vəziyyətinə neqativ təsir göstərə bilər. Nəzərə çatdırır ki, Nərimanov RPİ-nin İŞ-də 22.12.2021-ci il tarixli ********** saylı AR CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır, həmçinin bu artıq Borclu ikinci cinayət işidir. Həmçinin, uşağın bioloji atası 27.10.2021-ci il tarixdə liseyin ərazisində yaratdığı gərginlik zamanı uşaq psixoloji təsir keçirmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi (borclu) X5 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Borclu övladı Uğurun psixologiyasına pis təsir edir. Oğlu Uğur atası ilə görüşüb gəldikdən sonra ağlayır, öz qardaşlarını vurur, halbuki Uğur belə bir uşaq olmayıb. Uğur özü dərrakəli və kövrək uşaqdır. Belə ki, oğlu atası ilə görüşə getdiyi zaman ağzı partlayıb qan içində evə qayıdır. Görüş vaxtı iştirak edən icra məmurlarından soruşduğu zaman ona dəqiq bir məlumat vermirlər. Bununla bağlı onda videogörüntülər də var. Bundan başqa, Borclu övladı Uğura deyir ki, onun ikinci evliliyindən doğulan övladları onun qardaşları deyil. Uğur öz atası kimi ikinci həyat yoldaşını bilir. Uğur balaca olduğu zaman Borclu ayrılmışdır. Borclu narkotik vasitələrdən istifadə edirdi və ayrılıqlarının əsas səbəbi bu olmuşdur. Borclu hazırda müalicə aldığını bildirir. Səkkiz il olar ki, övladı ilə maraqlanmır. İndi gəlib övladını görmək istədiyini bildirmişdir. Onun əkiz övladlarından birində nitq qüsuru var və onun danışması üçün həkim cəmi bir il vaxtı qoymuşdur. Məhkəmə iclasında iştirak etmiş Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsini icra məmuru X2 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12.11.2020-ci il tarixli 2(007)-680/2020 saylı icra sənədi üzrə icra işi onun icraatına 2021-ci ilin mart ayında daxil olmuşdur. Uşağın atası ilə görüşməsinə süni manelər yaradılmışdır. Belə ki, görüş vaxtı video çəkilişlər aparılır. 2021-ci ildən bu günə kimi 3-4 dəfə görüş keçirilmişdir. Aysel xanım gəlmir. Tələbkarda haqlı olaraq övladı ilə görüş tələb edir. Məhkəmə iclasında tələbkar Borclu ərizədə göstərilənlərlə razı olmadığını bildirərək izahatında göstərdi ki, o, ərizə ilə tanışdır. 2021-ci ilin avqust ayında Aysel Şükürova ikinci həyat yoldaşı olan Oqtayla boşanmışdır. Aysel Şükürova ərizədə qeyd ki, ikinci evlilik həyatında xoşbəxt yaşayır. Bu belə deyil. Bundan başqa, onun narkoloji dispanserdə qeydiyyatı yoxdur. Son vaxtlarda Bakıda yerləşən klubda baş vermiş güclü partlayış nəticəsində Aysel Şükürova xəsarət almışdır. Aysel Şükürovanın gecə saat 3-də klubda olması milli mentalitetə uyğun deyil, o, yüngül həyat tərzi keçirən insanların əhatəsində olmuşdur. Övladı Uğur onunla qalmaq istəyir. Hətta onda axırıncı görüşün videoları da var. O, övladı Uğuru çox istəyir və o, uşağı heç vaxt vurmamışdır. Barəsındə AR CM-in 128.1-ci maddəsi ilə bağlı cinayət işi bağlamışdır. X7rma oyunlarından biri olmuş, qəsdən onu çağırmışlar. Oqtay adlı şəxs onu çağırıb övladı Uğurla görüşməməyi üçün onu təhdid edirdi. Qeyd edilənlərə əsasən ərizənin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş 28.09.2013-cü il təvəllüdlü X8 mütəxəssisin (psixoloqun) iştirakı ilə izahat verərək bildirmişdir ki, onun adı Uğurdur, 8 yaşı var və “Evrika” liseyində oxuyur. Anasının adı Aysel, atamın adı isə Oqtaydır. Onun 2 qardaşı var. Qardaşları ona mane olmurlar. Onun öz oyuncaqları var. Böyüyəndə polis olmaq istəyir, 60 yaşında da müəllim olmaq istəyir. Atası da gəlib onu məktəbdən götürür. Səhər saat 9-dan axşam saat 5-ə qədər dərsdə olur. Atası ilə görüş maraqlı keçir. Atası onu vurmur. Üstünə qışqırmır. Atası ilə oyun oynayır, birlikdə yemək yeyir və gəzirlər. Atası onu vurmur. O, öz evində qalmaq istəyir. Ərizəçi (borclu) məhkəməyə müraciət edərək, ərizəsinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib, ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, təqdimata əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-680/2020 saylı 12.11.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək Borclu övladı 28.09.2013-cü il təvəllüdlü X8 ilə ünsiyyət saxlaması üçün hər həftənin bazar günləri saat 11:00-dan saat 17:00-dək görüş günləri təyin edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02.09.2021-ci il tarixli 11/288 saylı ekpert rəyindən görünür ki, 28.09.2013-cü il təvəllüdlü X6 atası Borclu bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurma arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olma) müəyyən olunmur. X6 iradəsinə zidd olaraq atası Borclu ilə ünsiyyətdə olması onun emosional-iradi sferasına və psixoloji vəziyyətinfə neqativ təsir göstərə bilər. 28.09.2013-cü il təvəllüdlü X8 fərdi-psixoloji xüsusiyyətlərinə, əqli və psixi inkişafına görə ailədaxili münasibətlərlə bağlı fikri və mülahizələrini iradəsinə uyğun olaraq sərbəst şəkildə ifadə etmək qabiliyyətinə malik olmaqla, onun psixikası və davranışında atası Borclu ilə görüşməməsi və ünsiyyətdə olmaması ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. - "xxxx" MMC-nin (İnkişaf Mərkəzi) 01.04.2021-ci il tarixli məlumatından görünür ki, aparılmış ilkin diaqnostika nəticəsində keçirilmiş testlər əsasın 2013-cü il təvəllüdlü X6 emosional durumunun həssas olması və psixoloji dəstək görməsi lazımdır. Uşaq psixoloji seanslara cəlb olunmalı və bu müddətdə ona təsir edəcək travmalardan uzaq durmalıdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1946/2021 saylı 06.10.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh ƏlBorclu qarşı “valideynlik hüququnun məhdudlaşdırılması” tələbinə dair iddiası rədd edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 05.01.2022-ci il tarixli 078-122-1222 saylı məktubundan görünür ki, X1 vətəndaş Borclu tərəfindən döyülməsi ilə əlaqədar verdiyi şikayət ərizəsi əsasında toplanmış material üzrə Nərimanov RPİ-nin İstintaq Şöbəsində 22.12.2021-ci il tarixdə Azərbaycan Republikasının CM-in 128-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılıb və istintaqı davam etdirilir. - Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin 15.02.2022-ci il tarixli qərarından görünür ki, Borclu və digər şəxslərin əməllərində cinayət tərkibi olmadığından ********* №-li cinayət işinin icraatına xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələni həll etdikdə, təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Məhkəmə qeyd edir ki, ərizəçi iş materiallarına ekspert rəyini əlavə edərək uşağın atası ilə iradəsinə zidd olaraq ünsiyyətdə olmasının onun psixoloji vəziyyətinə mənfi təsir etdiyini vurğulamışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1946/2021 saylı 06.10.2021-ci il tarixli qətnaməsindən görünür ki, aparılmış məhkəmə araşdırması zamanı Məhkəmə Ekspertiza Mərkəzinin 02.09.2021-ci il tarixli rəyi tərtib edilərkən, atasın iştirakının təmin olunmadığı, uşağın atayla ünsiyyətinin mümkün olub-olmamasının vizual olaraq müşahidə olunmadığı müəyyən edilmiş, həmçinin rəydə uşağın idrak (psixi) proseslərin inkişafında normadan kənara çıxma və ya gərginlik aşkar olunmadığı qeyd edilmişdir. Bundan başqa, ərizəçi tələbkarın barəsində cinayət işinin başlandığını qeyd etsə də, məhkəmə arşdırması zamanı müəyyən edildi ki, qeyd edilən cinayət işi üzrə tələbkar Borclu əməllərində cinayət tərkibi olmadığından cinayət işinin icraatına xitam verilmişdir. Eyni zamanda, məhkəmədə 28.09.2013-cü il təvəllüdlü X8 psixoloqun iştirakı ilə dindirildiyi zaman atası ilə maraqlı vaxt keçirdiklərini və atasının onu vurmadığını və ya ona qışqırmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, borclu X3 hazırkı ərizəsində qeyd etdikləri qətnamənin icrasına möhlət verilməsi ilə bağlı qərar qəbul edilməsinə əsas ola bilməz, məhkəmə iclasında qətnamənin icrası üçün çətinlik törədən və ya borclu və uşaq üçün əlverişsiz vəziyyət yaranmasını təsdiq edən hər hansı hal müəyyən olunmamışdır. Nəzərə alınmalıdır ki, tələbkar Borclu valideynlik hüquqlarından məhrum edilməmişdir və onun valideyn kimi uşağı ilə ünsiyyətdə olmaq hüququ vardır. Məhkəmə tərəfindən Borclu 28.09.2013-cü il təvəllüdlü X6 psixi və fiziki sağlamlığına, onun davranışına mənfi təsir edəcək və əxlaqi inkişafına xələl gətirəcək hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, borclu X3 qətnamənin icrasına möhlət verilməsi ilə bağlı ərizəsinin təmin edilməsi üçün heç bir əsas yoxdur, ona görə borclunun ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12.11.2020-ci il tarixli 2(007)-680/2020 saylı icra sənədinin icrasına möhlət verilməsinə dair borclu X3 ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar