Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-59/2024 01.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, Tələbkar "xxxx" ASC-nin Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icraata xitam verilməsi haqqında qərarından verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" ASC şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar "xxxx" ASC-nin nümayəndəsi Şeydabəyov Oqtay ərizə verərək şikayətin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuruna, tələbkara və borcluya qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin baxılmadan geri qaytarılması barədə ərizəni tədqiq edərək hesab edir ki, tələbkar "xxxx" ASC-nin Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icraata xitam verilməsi haqqında qərarından verilmiş şikayəti baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar "xxxx" ASC-nin Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icraata xitam verilməsi haqqında qərarından verilmiş şikayəti baxılmadan geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №8(007)-59/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-59/2024
01.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver