Məhkəmə qərarları › İş №8(007)-66/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-66/2023

02.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-66/2023 02.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi ilə, Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra şöbəsinin Əlihüseyn Aslanov təqdimatla məhkəməyə müraciət etmiş, təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-491/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Borclu 13400 manat pulun tutularaq X1 xeyrinə ödənilməsi və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-307/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Borclu iki uşağın saxlanılması üçün hər ay cəmi 360 manat alimentin tutularaq X1 xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədləri xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Bakı şəhəri Nizami rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlanılaraq tərəflərə məlumat verilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan X8 markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması məqsədi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 8(007)-357/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus oaln X8 markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Sonradan üzərinə həbs qoyulmuş avtomobilin qiymətləndirilməsi üçün ekspert dəvət olunaraq avtomobilin bazar dəyəri müəyyən olunaraq bu barədə müvafiq rəy verilmişdir. Sonradan mübahisəli avtomobil qanunvericiliyin tələblərinə əsasən tələbkara təklif olunmuş və tələbkar bu təklifi qəbul etmişdir. Hal-hazırda tələbkar ərizə ilə şöbəyə müraciət edərək Borclu məxsus olan X8 markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-357/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus olan X8 markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, icra məmuru və tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-491/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 92 saylı evin 39 saylı mənzilinə 1/2 hissədə Borclu 1/ hissədə isə X1 pay hüququ müəyyən olunmalı, 99UJ018 dövlət qeydiyyat nömrəli, 2 “Lada 21214 Urban Legend” minik markalı avtomobilin bazar dəyəri 18300 manat vəsaitin 1/ 2 hissəsi olan 9150 manat vəsait və 99NE018 dövlət qeydiyyat nömrəli, “Lada 21214" minik markalı avtomobilin satış dəyəri 8500 manat vəsaitin 1/2 hissəsi olan 4250 manat vəsait Borclu X1 xeyrinə tutulmalıdır. Həmçinin, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-307/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlanılmaqla hər ay hər uşağa görə 180 manat olmaqla, ümumilikdə 360 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra şöbəsinin icraatında olan icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə icra məmurunun təqdimatına əsasən, borcluya məxsus **-UJ-*** dövlət qeydiyyat nişanlı, "LADA 21214 URBAN LEGEND” minik markalı nəqliyyat vasitəsinin üzərinə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Bundan sonra, tələbkar ərizə ilə icra şöbəsinə müraciət edərək, avtomobili borcun əvəzi kimi qəbul etdiyini bildirmiş və avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, borcluya məxsus **-UJ-*** dövlət qeydiyyat nişanlı, "LADA 21214 URBAN LEGEND” minik markalı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin qüvvədə qalması zərurəti aradan qalxmışdır, ona görə təqdimat təmin olunaraq avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-357/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə **-UJ-*** dövlət qeydiyyat nişanlı, "LADA 21214 URBAN LEGEND” minik markalı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Baş X7 İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar