Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-69/2023 02.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, Borclu X5 iştirakı ilə, Borclu X5 məcburi gətirilməsi barədə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra Şöbəsi icra məmuru Əlihüseyn Aslanov təqdimatla məhkəməyə müraciət edərək, X5 məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2026/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən, X2, X1, X3 və X4 "xxxx" KB ASC-nin xeyrinə müştərək qaydada cəmi 11855,39 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 125,57 manat məbləğində vəsait tutulması qərara alınmışdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbəyə daxil olmuş və müvafiq qərarla icraata başlanılmış və tələbin könüllü icrası ilə bağlı borclunun icra sənədində qeyd olunan ünvanına bildiriş göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu X6 icra sənədinin icrasının məcburiliyi barədə dəfələrlə xəbərdar olmasına baxmayaraq Bakı şəhəri Nizami rayon icra şöbəsinə gəlməsi barədə çağırışlara məhəl qoymamış, şöbəyə gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən də icra sənədində göstərilən tələbin həyata keçirilməsi mümkün olmamışdır. Belə halda borclu şəxsin məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında icra sənədi üzrə borclu X6 izahat verərək bildirdi ki, o, icra məmurunun çağırışlarından yayınmır. Qeyd edilənlərə əsasən təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. Təqdimat vermiş icra məmuruna və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra sənədi üzrə borclunun izahatını dinləyib, təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Hazırkı halda, borclu X5 icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınmasını təsdiq və sübut edən hər hansı sənəd verilmiş təqdimata əlavə edilmədiyindən və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, həmçinin borclu könüllü şəkildə məhkəmə iclasına gəldiyindən, məhkəmə hesab edir ki, icra məmurunun həmin borclunun məcburi gətirilməsi barədə təqdimatı təmin edilməməli, icra məmuru tərəfindən icraatındakı olan icra sənədi üzrə qanunla müəyyən olunmuş təsirli icra tədbirləri həyata keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu X5 məcburi gətirilməsi barədə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №8(007)-69/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-69/2023
02.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver