Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-7/2023 30.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, Borclu məxsus “əmlakın üzərinə həbs qoyulması”na dair Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayev təqdimatla məhkəməyə müraciət edərək, Nizami Rayon Məhkəməsinin 2(007)-1205/2022-003 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 4899.71 manat məbləğində borc ve 69 manat dövlət rüsumu tələbinin borcluya məxsus əmlaka yönəldilməsi məqsədilə Borclu məxsus “VAZ 21074” minik markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Nizami Rayon İcra Şöbəsinin icraatına daxil olmuş Nizami rayon məhkəməsi 2(007)-1205/2022-003 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə asasən Borclu 4899.71 manat məbləğində borc tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu icra sənədi üzrə tələbin könüllü olaraq təmin etməsi üçün 10 gün müddət verilmişdir. Borclu tərəfindən könüllü icra müddəti ərzində icra sənədində göstərilmiş tələb yerinə yetirilmədiyinə görə tələbin yönələ biləcəyi əmlakların aşkar olunması məqsədilə müvafiq icra tədbirləri görülmüş, nəticədə Borclu məxsus “VAZ 21074” minik markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Borclu dəfələrlə edilən xəbərdarlıq və tələblərə baxmayaraq 4899.71 manat məbləğində borc və 69 manat dövlət rüsumunun ödənilməsi onun tərəfindən bu günədək təmin edilməmişdir. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, icra məmuru, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, təqdimat vermiş şəxsi və tələbkarı dinləyərək, hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon 2(007)-1205/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, "xxxx" ASC iddiası təmin edilərək, cavabdeh Borclu 4884.78 manat əsas, 14.93 manat faiz olmaqla cəmi 4899,71 manat məbləğində borc və məhkəmə xərci olan 69 manat dövlət rüsumu Unibank" ASC-nin xeyrinə tutulması qət edilmişdir. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1205/2022-003 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır və Borclu 10 gün müddətində icranı könüllü olaraq təmin etmə təklif olunmuşdur. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli qərarla icra məmuru icraata başlamış və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1205/2022-003 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi borcludan xahiş olunmuşdur. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, “VAZ 21074” minik markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu adına qeydiyyata alınmaqla mülkiyyətindədir. Azərbaycan Respublikası DİN Baş X1 İdarəsinin xx.xx.2022-ci il tarixli, 016165181- 1222 nömrəli məktubundan görünür ki, məhkəmənin 16 dekabr 2022-ci il tarixli, 8(007)- 448/2022 nömrəli sorğusuna cavab olaraq bildirilir ki, “VAZ 21074” minik markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu adında qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən edildi ki, Borclu tələbkar "xxxx" ASC 4899.71 manat borcu yaranmışdır, borclunun barəsindəki icra sənədinin icrasının təmin edilməsi üçün müvafiq tədbirlər görülərək onun əmlak vəziyyəti araşdırılmış, bu zaman borclunun adına avtomobilin qeydə alındığı aşkar olunmuş, borcluya məxsus tələbin yönəldiləcəyi digər əmlak müəyyən edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, sözügedən icra sənədi üzrə borclunun yetərli pul vəsaiti olmadığından, icra sənədinin icrasının təmini məqsədi ilə Borclu məxsus olan “VAZ 21074” minik markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Belə ki, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru xx.xx.2022-ci il tarixli icraata başlama haqqında qərar qəbul edib, tələbin könüllü icrası haqqında bildirişi borcluya göndərsə də borclu tərəfindən heç bir ödəniş olunmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1205/2022-003 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus olan “VAZ 21074” minik markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə və Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №8(007)-7/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-7/2023
30.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver