Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-7/2024 26.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynovun Borclu “məcburi qaydada gətirilməsi” barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov Borclu “məcburi qaydada gətirilməsi” barədə təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2290/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1986-cı ildə anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu Nizami Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e- 2(007)-2290/2022 saylı, xx.xx.2022-ci il tarixli əsasən Borclu tələbkar “X1 Azərbaycan” QSC-nin xeyrinə cəmi 22367,37 manat məbləğində borc pul vəsaiti və 30 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. İcra sənədi üzrə “icraata başlamaq haqqında” qərar qəbul edilərək tələbin könüllü icrasına dair bildirişlə borcluya göndərilmişdir. Borclu könüllü müddət ərzində icra sənədi üzrə tələbi icra etməmişdir. Sonrakı müddət ərzində Borclu borcla əlaqədar borcunun olması bildirilsə də borcu ödəməmiş, dəfələrlə şöbəyə dəvət olunmasına baxmayaraq şöbəyə gəlməmiş, gəlməməsinin səbəbini bildirməyərək, məhkəmə qərarını qərəzli formada icra etməmişdir. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Borclunun məcburi gətirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2290/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq, xx.xx.1986-cı ildə anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu məcburi qaydada gətirilməsi qərara alınmışdır. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2290/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Borclu "X1 Azərbaycan” QSC-nin xeyrinə 295,81 manat əsas borc, 34,63 manat faiz, 31,53 manat cərimə borcu, 2 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 3,40 manat bildirişlərin göndərilməsi üzrə poçt xərcləri cəmi 367,37 manat borc və 30 manat dövlət rüsumu tutulması qət edilmişdir. - xx.xx.2023-cü il tarixli Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmurunun icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2290/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli qərarla icra məmuru icraata başlamış və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2290/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi borcludan xahiş olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi bu normanın tətbiqi üçün əsas yalnız borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır. İş materillarından görünür ki, borclu icra məmurunun çağırışına gəlməkdən yayınır. Belə ki, “sms bildiriş” və “xəbərdarlıq” göndərilməsinə baxmayaraq icra şöbəsinə gəlməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1986-cı ildə anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu İcra Şöbəsinə gəlməkdən qəsdən boyun qaçırdığından, icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayındığından o, məcburi gətirilməlidir. Şərh olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-cü maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. xx.xx.1986-cı ildə anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərarın icrası Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinə və Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №8(007)-7/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-7/2024
26.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver