Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-76/2023 13.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Tələbkar iştirakı ilə, Borclu “məcburi qaydada gətirilməsi” barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev Borclu “məcburi qaydada gətirilməsi” barədə təqdimatla məhkəməyə müraciət edərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1743/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin təmin edilməsi məqsədilə Borclu polis orqanı vasitəsilə Nizami Rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1743/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, iş üzrə ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilə Tələbkar ½ hissədə, Borclu ½ hissədə payı müəyyən edilsin. 19 ədəd 10 manatlıq və 5 ədəd 15 manatlıq qızıl əmlaklar Borclu alınaraq Tələbkar verilsin. İcra sənədi icraata xx.xx.2022-ci il tarixlərdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borcluya şifahi xəbərdarlıq edilməsinə baxmayaraq bu günə kimi borclu tərəfindən icra sənədinin icrası təmin edilməmiş və heç bir münasibət bildirilməmişdir. Məlum icra sənədinin icrası məqsədi ilə borcluya məxsus ünvana baxış keçirilmiş və borclu, Borclu icra sənədində qeyd edilən ünvana ünvan 2ələrlə yazılı olaraq xəbərdarlıq göndərilmiş, lakin qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Nəticədə icra sənədinin icrasından qərəzli olaraq yayınan Borclu inzibati xəta haqqında protokolun tərtibində iştrakını təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən borclu Tələbkar təqdimatın təmin edilməsini xahiş etdi. Borclu “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə verərək bildirmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-456/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərardadının ləğv edilməsi üçün elektron məhkəmə informasiya sistemi vasitəsilə şikayət vermişdir. Bu baxımdan hesab edir ki, təqdimat təmin edilməməlidir. Eyni zamanda üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Təqdimatı vermiş icra məmuruna və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin 02 dekabr 2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1743/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin 02 dekabr 2022-ci il tarixli bildirişinin surətindən görünür ki, Borclu Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1743/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. - Bakı Şəhəri Nizami Rayon İcra Məhkəməsinin 2(007)-1743/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilə Tələbkar ½ hissədə, Borclu ½ hissədə payının müəyyən edilməsi, 19 ədəd 10 manatlıq və 5 ədəd 15 manatlıq qızıl əmlaklar Borclu alınaraq Tələbkar verilməsi qət edilmişdir. - Borclunun məcburi gətirilməsi haqqında 20 fevral 2023-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1743/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq, xx xxxxxx 1965-ci il təvəllüdlü, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 76, mənzil 24 ünvanında yaşayan Borclu məcburi qaydada gətirilməsi qərara alınmışdır. - 01 fevral 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1743/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilə Tələbkar ½ hissədə, Borclu ½ hissədə payının müəyyən edilməsi, 19 ədəd 10 manatlıq və 5 ədəd 15 manatlıq qızıl əmlaklar Borclu alınaraq Tələbkar verilməsi qət edilmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədilə borcludan dərhal nümayəndəsinin Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə gəlməsi tələb olunmuşdur. Əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada barəsində məcburi qaydada gətirilmə haqqında qərar qəbul ediləcək. Məhkəmə iclasında müəyyən edildi ki, təqdimatda icra məmuru tərəfindən borclunun məhkəmə qərarının icrası ilə bağlı dəfələrlə rəsmi və şifahi qaydada xəbərdar olunması qeyd edilsə də, bu əlaqələrin yaradılmasını təsdiq edən telefonoqram, o cümlədən borclunun çağırışa gəlməməsinin səbəblərinin üzrlü və ya üzürsüz səbəbdən baş verməsini təsdiq edən müvafiq sənədlər, təqdimata əlavə olunmuş qərarın, bildirişin, göndərişin, xəbərdarlığın borclu tərəfindən almasını təsdiq edən xəbərnamə və ya reyestr təqdimata əlavə edilməmişdir. Həmçinin, Borclu “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə verərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-456/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərardadının ləğv edilməsi üçün elektron məhkəmə informasiya sistemi vasitəsilə şikayət verdiyini bildirmişdir. Bu səbəbdən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1743/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icra edilməsi üçün məcburi icra tədbirlərinin görülməsi yol verilməzdir. Belə ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1743/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilə Tələbkar ½ hissədə, Borclu ½ hissədə payının müəyyən edilməsi, 19 ədəd 10 manatlıq və 5 ədəd 15 manatlıq qızıl əmlaklar Borclu alınaraq Tələbkar verilməsi qət edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1743/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin izah edilməsinə dair Tələbkar ərizə vermişdir. Ərizə təmin edilərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 8(007)-456/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 1743/2021 saylı qətnaməsinin “19 ədəd bir tərəfində “1899 г 10 рублей”, digər tərəfində İİ Nikolayın şəkli həkk olunmuş və 5 ədəd bir tərəfində “1897 г 15 рублей”, digər tərəfində İİ Nikolayın şəkli həkk olunmuş qızıl sikkələr Borclu alınaraq Tələbkar verilsin” məzmunda izah verilməsi qərara alınmışdır. Borclu Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)- 456/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi üçün şikayət vermişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-456/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, Borclu tərəfindən verilmiş şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərildiyindən, qərardadda izah olunmuş və icra olunası məsələ qanuni qüvvəsini almadığından təqdimat təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Hazırki halda, Borclu tərəfindən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)- 456/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından şikayət verildiyi və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-456/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərildiyi və yekun məhkəmə qərarı çıxarılmadığı üçün məhkəmə hesab edir ki, icra məmurunun borclunun məcburi gətirilməsi barədə təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1743/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu məcburi gətirilməsi barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №8(007)-76/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-76/2023
13.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver