Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-78/2023 13.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Borclu məxsus “əmlakın üzərinə həbs qoyulması”na dair Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin böyük icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2809/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan olan “Mercedes 230” minik markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2809/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, iş üzrə Borclu xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa 193 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulsun. İcra sənədi icraata xx.xx.2022-ci il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxs Borclu əmlak vəziyyətinin yoxlanılması məqsədi elektron icra sistemində axtarış edilmiş və Borclu mülkiyyətində olan “Mercedes 230” minik markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, icra məmuru, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, təqdimat rədd edilməlidir. Təqdimata əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2809/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa 193 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulması, Tələbkar xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 manat sabit pul məbləğində aliment Borclu xeyrinə tutulması qət edilmişdir. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2809/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişinin surətindən görünür ki, xx.xx.2022-cü il tarixli qərarla icra məmuru icraata başlamış və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2809/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin 10 (on) gün müddətində könüllü icra edilməsi borcludan xahiş olunmuşdur. - 16 fevral 2023-cü il tarixli “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Borclu mülkiyyətində “Mercedes 230” minik markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. - Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-28645/2023 nömrəli məktubunun surətindən görünür ki, “Mercedes 230” minik markalı, ** DV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 05 may 2020-ci il tarixdə Borclu adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirildiyindən Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2023cü il tarixli qərarının icrası mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2809/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Borclu xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa 193 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulması qət edilmişdir. Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-28645/2023 nömrəli məktubuna əsasən “Mercedes 230” minik markalı, ** DV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 05 may 2020-ci il tarixdə Borclu adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirildiyindən Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının icrası mümkün olmamışdır. Göründüyü kimi, “Mercedes 230” minik markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətində deyildir. Belə olan halda, borcluya məxsus olmayan avtomobilin üzərinə həbs qoyulması yolverilməzdir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2809/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, qətnaməsinin icrası ilə əlaqədar məcburi icra tədbiri kimi Borclu əmlakının üzərinə həbs qoyulması barədə təqdimat rədd edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2809/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus “Mercedes 230” minik markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin böyük icra məmuru Zaur Həmzəyevin təqdimatı rədd edilsin. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №8(007)-78/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-78/2023
13.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver