Məhkəmə qərarları › İş №8(007)-84/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-84/2022

09.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-84/2022 09.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, Borclu məcburi gətirilməsi barədə icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3227/2021 saylı, 26.08.2021-ci il tarixli icra sənədi üzrə 1979-cu ildə anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu Nizami rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-3227/2021 saylı, 26.08.2021-ci il tarixli icra sənədinə əsasən Borclu oğlundan 2 uşağın yetkinlik yaşmadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədi üzrə “icraata başlamaq haqqında” qərar qəbul edilərək tələbin icrasına dair bildirişlə borcluya göndərilmiş, lakin icra sənədi üzrə tələbi icra etməmişdir. Sonrakı müddət ərzində Borclu borcla əlaqədar borcunun olması bildirilsə də, borcu ödəməmiş, dəfələrlə şöbəyə dəvət olunmasına baxmayaraq şöbəyə gəlməmiş, gəlməməsinin səbəbini bildirməyərək, məhkəmə qərarını qərəzli formada icra etməmişdir. Qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, icra məmuru və tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3227/2021 saylı 26.08.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, 26 iyul 2014-cü il tarixdə anadan olmuş X2 və 29 yanvar 2019-cu il tarixdə anadan olmuş X4 yеtkinlik yаşınа çаtаnаdək saxlanması üçün Borclu 26 avqust 2021-ci il tarixdən hesablanmaqla hər uşaq üçün hər ay 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. - Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraata başlamaq haqqında 04.10.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. - Borclu Bakı şəhəri Nizami rayon İcra şöbəsində verdiyi 15.10.2021-ci il tarixli izahatından görünür ki, o, alimenti ödəməkdən imtina etmir. Hazırda alimentlə bağlı problemi yoxdur. Bunu qarşı tərəf də təsdiqləyə bilər. Hər ay alimenti ödəyib bu barədə şöbəyə məlumat verəcəkdir. - Bakı şəhər Nizami rayon İcra şöbəsinin 15.11.2021-ci il, 03.12.2021-ci il və 20.12.2021-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən Bakı şəhər Nizami rayon icra gəlməsi tələb olunmuş, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət olunacağı, həmçinin inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə tədbirlər həyata keçiriləcəyi barədə xəbərdar olunmuşdur. - Bakı şəhər Nizami rayon İcra şöbəsinin borclunun məcburi gətirilməsi barədə 25 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3227/2021 saylı, 26.08.2021-ci il tarixli icra sənədi üzrə borclu 1979-cu ildə anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu Nizami rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi üçün məhkəməyə təqdimat verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Məhkəmə iclasında müəyyən edildi ki, icra şöbəsinin icraatında olan icra sənədi üzrə borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə məhkəmə hesab edir ki, təqdimat təmin edilərək sözügedən borclu barəsində məcburi gətirilmə tətbiq olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3227/2021 saylı 26.08.2021-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə xx xxxxxx 1979-cu il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Bakı şəhəri Nizami rayon İcra şöbəsinə gətirilsin. Qərardadın icrası Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar