Məhkəmə qərarları › İş №8(007)-94/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-94/2024

07.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-94/2024 07.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, X1 iştirakı ilə, X1 Nizami Rayon İcra Şöbəsinin icra məmuru Türkan Hümbətzadənin xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayon Şöbəsinin icra məmuru X4 tərəfindən 2(007)-21/2023 saylı xx.xx.2023-cü il tarixli İcra Sənədinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə geri qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra işini davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon məhkəməsinin 2(007)-21/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X5 uşaqları 29 sentyabr 2007-ci il təvəllüdlü X7 və 25 noyabr 2008-ci il təvəllüdlü X14 ilə hər həftənin şənbə günü saat 12:00-dan saat 18:00-dək ünsiyyətdə olması üçün görüş vaxtı müəyyən edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-21/2023-019 saylı xx.xx.2023-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə göndərilmişdir. Belə ki, 21 avqust 2009-cu il tarixdə Gürcüstan Respublikası, Marneuli rayonu, Sadaxlo kənd sakini X10 ilə rəsmi nikaha daxil olmuşlar və onların nikahı Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində nikahın bağlanmaıs haqqında akt qeydləri kitabında həmin tarixdə 720 nömrə ilə qeyd edilmişdir. Bu barədə bizə AZ-T Seriyalı 000810 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikahdan iki övladı - 29 sentyabr 2007-ci il təvəllüdlü X7 və 25 noyabr 2008-ci il təvəllüdlü X14 dünyaya gəlmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, keçmiş həyat yoldaşı Gürcüstan vətandaşı olmasına baxmayaraq, uzun müddət onlar ailə kimi Bakı şəhərində yaşamışlar. Qeyd edir ki, həyat yoldaşı X2 Respubliaksının vətəndaşı olmasına baxmayaraq, övladları Sevinc və Eldar hər ikisi Azərbayca Respublikasının vətəndaşlarıdır. O, özü də Azərbaycan Respublikasının vətəndaşıdır, Azərbaycan Respublikasında yaşayır və fərdi əməklə məşğul olur. 2017-ci ildə X12 Respublikasında qohumlarına dəymək istədiyini bildirmiş və övladlarını da aparmaq üçün ondan etibarnamə alaraq övladları ilə birlikdə Gürcüstan Respublikasına getmişdir. Sonradan Gürcüstanda yaşadığı halda Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmiş və birgə nikah məhkəmənin 2(007)-97/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi pozulmuş və az yaşlı övladları anasının himayəsində saxlamışdır. O zaman övladları Gürcüstan Respublikasına aparılmasına dair verdiyi etibarnaməni ləğv etdirmiş və keçmiş həyat yoldaşı övladlarının geri qaytarılmasını və ona verdiyini etibarnamənin ləğv etdirdiyini bildirmişdir. X11 övladlarını Gürcüstan Respublikasından bu vaxta kimi gətirməmişdir. Hazırda övladlarının harada olması, kiminlə yaşaması məlum deyildir. Belə olan halda övladlarının taleyi bir ata kimi onu bərk narahat edir. Ayişənin valideynlərinin bu günkü maddi vəziyyəti və həyat tərzi övladlarının normal həyat şəraitində böyüməsinə imkan vermir və onun övladlarının hər ikisinin də ata qayğısına ehtiyacları vardır. Lakin onun bir valideyn kimi öz övladı ilə ünsiyyət saxlamaq, onun fiziki, mənəvi inkişafında iştirak etmək, mənəvi tərbiyyəsinin formalaşmasında, tam sağlam böyüməsində iştirak etmək hüququ olmasına baxmayaraq, cavabdeh buna imkan vermir. Buna baxmayaraq o, hər ay X8 uşaqların saxlanılması üçün aliment ödəyir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-21/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 29 sentyabr 2007-ci il təvəllüdlü X7 və 25 noyabr 2008-ci il təvəllüdlü X14 ilə hər həftənin şənbə günü saat 12:00-dan saat 18:00-dək ünsiyyətdə olması üçün görüş vaxtı müəyyən edilmişdir. Lakin o, öz övladlarını 5 ildən çoxdur ki, görmür, onların mövcudluğundan xəbəri yoxdur. Bunun üçün o, dəfələrlə İcra Şöbəsindən övladlarının gətirilməsini tələb etməyinə baxmayaraq, lakin bu vaxta kimi, onun övladları Bakı şəhərinə gətirilməmişdir. Hazırda ona məlum olmuşdur ki, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X4 xx.xx.2024-cü il tarixdə icraatına daxil olmuş 2(007)-21/2023-019 saylı xx.xx.2023-cü il tarixli icra sənədini Bakı şəhəri Nizami rayon Məhkəməsinə geri qaytarmışdır. Hesab edir ki, icra sənədi üzrə İcra Məmuru heç bir iş görməmiş və onun övladlarının harada olmasını aydınlaşdırmamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının vətəndaşları olan övladlarının Gürcüstan Respublikasında və başqa övladı olmasını müəyyən etməmiş və onların Respublikaya gətirilməsi üçün heç bir qanuni tədbir görməmişdir. Qeyd edir ki, ondan alimentin tutularaq alınması barədə, məhkəmə icra sənədinin icra edən İcra Məmuru, lakin onun övladlarının tapılıb gətirilməsi və onunla ünsiyyətin təmin edilməsi barədə heç bir qanuni tədbir görməmişdir. Məhkəmə iclasında X3 şikayətin təmin edilməsini xahiş etdi. Borclu və icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-21/2023 saylı qətnaməsindən görünür ki, X5 uşaqları 29 sentyabr 2007-ci il təvəllüdlü X7 və 25 noyabr 2008-ci il təvəllüdlü X14 ilə hər həftənin şənbə günü saat 12:00-dan snnt 18:00dək ünsiyyətdə olması üçün görüş vaxtının müəyyən edilməsi qət edilmişdir. - Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Türkan Hümbətzadənin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Nizami rayon MKTB-nin 76 saylı Mənzil Kommunal İstismar Sahəsinin 73 №-li, xx.xx.2024-cü il tarixli arayışına əsasən borclu X10 icra sənədində qeyd olunan ünvan 1 ünvanında yaşamır. Buna görə də icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.2 və 23.1.3-cü maddələrinə əsasən geri qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. İcra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. Göründüyü kimi, icra məmuru qanunvericiliyin tələbinə uyğun olaraq, borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadığından, icra sənədini “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.2 və 23.1.3-cü maddələrinə əsasən məhkəməyə geri qaytarmışdır. Qeyd olunanlarla müəyyən olunur ki, barəsində şikayət verilmiş qərarın ləğvi üçün əsaslar yoxdur, şikayətdə irəli sürülən dəlillər formal olmaqla, heç bir hüquqi əsası yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Nizami Rayon İcra Şöbəsinin icra məmuru Türkan Hümbətzadə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarın ləğv edilməsi və icra tədbirlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsinə dair şikayəti təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar