Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-96/2023 27.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1081/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunması ilə bağlı icra məmuru Tahir Ağayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1081/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu ilə X2 arasında 31 mart 1999-cu il tarixdə Şamaxı rayon Qeydiyyat Şöbəsində bağlanıbmış və 9 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 anaları X1 yanında saxlanılması, Borclu birgə nikahdan dünyaya gəlmiş xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay hər hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 480 (dörd yüz səksən) manat sabit pul məbləğində alimentin iddiaçı X1 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun ona aid edilməsi, Borclu 10 manat dövlət rüsumunun tutulub dövlət büdcəsinə köçürülməsi müəyyən olunmuşdur. İcra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Tahir Ağayev bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu icra sənədi üzrə tələbi könüllü olaraq təmin etməsi üçün 10 gün müddət verilmişdir. İş üzrə tərəflər xx.xx.2022-ci il tarixli notariat qaydada barışıq sazişini təqdim etmişlər. Həmin barışıq sazişinin məhkəmə qaydada təsdiq olunması ilə bağlı müvafiq qərar qəbul olunması üçün məhkəməyə göndərilmişdir. Təqdimat vermiş icra məmuruna və tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Borclu ilə X2 xx.xx.2022-ci il tarixli tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1081/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən qarşılıqlı razılığa gələrək Bakı şəhəri 53 saylı notariat ofisində barışıq sazişi bağlamışlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1.2-ci maddəsinə əsasən məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1081/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanılmış nikahın pozulması, birgə nikahdan anadan olmuş uşaqların ananın yanında saxlanılması və onların saxlanılması üçün atalarından alimentin tutulması müəyyən edilmişdir. Həmin icra sənədi Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə daxil olmuşdur. İcra sənədinin icrası mərhələsində tərəflər aralarında razılığa gələrək barışıq sazişi bağlamışlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilərək, Borclu ilə X2 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1081/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu ilə X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 15 saylı Notariat ofisində aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi təsdiq edilsin:
1. Müqavilənin predmeti: 1.1. xx.xx.2021-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən gələcəkdə əlavə mübahisələrin olmaması üçün tərəflər qarşılıqlı razılaşmaya gələrək aşağıdakı məzmunda Saziş bağlayırlar.
2. Tərəflərin öhdəlikləri: 2.1. Tələbkar xx.xx.2021-ci il tarixli 2(007)-1081/2021 nömrəli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icra vərəqəsinə əsasən azyaşlı xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 üçün ödəniləcək alimentdən imtina etməyi öhdəsinə götürür. 2.2. Borclu harada yerləşməsindən asılı olmayaraq bütün daşınmaz əmlaklar barədə heç bir iddia qaldırmamağı öhdəsinə götürür.
3. Digər müddəalar:
3. Bu Saziş notariat qaydasında təsdiq edildiyi gündən qüvvəyə minir və tərəflər öhdəliklərini icra edənədək qüvvədədir. 3.1. Tərəflər arasında yaranan hər hansı anlaşılmazlıqlar və mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qarşılıqlı razılıq əsasında həll olunur, bu mümkün olmadıqda isə müvafiq məhkəmələrdə həll olunur. 3.2. Bu Saziş ilə tənzimlənməyən tərəflər arasındakı münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən tənzimlənir. 3.3. Bu Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib olunur, 1 nüsxə notariat ofisində, digər nüsxələr isə hər tərəfdə 1 (bir) nüsxə olmaqla tərəflərdə saxlanılır. Qərardadın icrası Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova