Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-100/2024 22.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, Borclu barəsində məcburi müalicənin ləğv edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsinin baş direktoru Elşən Mustafayevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsinin baş direktoru Elşən Mustafayev təqdimatla məhkəməyə müraciət edərək, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı Qərarının 4-cü bəndinin 4.2.2-ci yarımbəndinə uyğun olaraq xx.xx.1981-ci il təvəllüdlü Miriyev X1 Rayon Məhkəməsinin 2(056)-960/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsdə məcburi müalicəyə yerləşdirilmişdir. “Respublika Narkoloji Mərkəz” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının Borclu barədə xx.xx.2024cü il tarixli, 08 nömrəli rəyinə əsasən təyin olunmuş məcburi müalicənin ləğv edilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 2(056)-960/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu müalicə olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsin İxtisaslaşdırılmış tibb müəsisəsinə məcburi yerləşdirilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş həkim məsləhət komissiyasının xx.xx.2024-cü il tarixli, 08 nömrəli rəyindən görünür ki, Miriyev X1 Rayon Məhkəməsinin 2(056)-960/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2023-cü il tarixdə yuxarıda adı göstərilən mərkəzə məcburi müalicəyə yerləşdirilmişdir. Xəstə 7-8 ildir ki, PAM-dan olan heroin (kakos) qəbuluna başlayıb. Üson 2-3 ildir ki, yanaşı metamfetamin istifadə edir. PAM-dan fiziki və psixi asılılıq yaranıb. Psixoz keçirməyib. Orqanizmin gündəlik tolerantlığı sutka ərzində 0.5 q heroin-0.1 qram metamfetaminə qədər yüksəlmişdir. Asılılıq əlamətləri tam formalaşıb. Mərkəzi sinir sistemi tərəfindən görünən kobud üzvü dəyişikliklər qeyd olunmur. Romberq vəziyyətində dayanıqlıdır. Zamanda, məkanda və öz şəxsiyyətində bələdliyi saxlanılıb. Ünsiyyətə həvəslə qoşulur. Suallara sərbəst və məntiqli cavab verir. Əhval-ruhiyyəsi normaldır. Maraq dairəsi saxlanılıb. İntellekti aldığı təhsilə və həyat tərzinə uyğundur. Xəstəliyinə qarşı tənqidi var. Xəstə Borclu məcburi müalicə tətbiq edilən zaman verilmiş təyinatları intizamlı olaraq qəbul etmiş, şöbədaxili nizam-intizam və şəxsi gigiyena qaydalarına tam riayət etmişdir. Əmək terapiyasına həvəslə qoşulur. Aparılan müalicədən sonra norma həyat tərzinə münasibət formalaşmışdır. Xəstəliyinə tənqidi yanaşır. Normal həyat tərzi keçirmək istəyində qərarlı olduğunu bildirir. Hal-hazırda məcburi müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxmışdır. Azərbaycan Respublikasının Mülki Prossessual Məcəlləsinin 354-cü maddəsinə əsasən narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan şəxsin qanunla nəzərdə tutulmuş hallarda narkoloji-tibb müəssisəsindən vaxtından əvvəl azad edilməsi, həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara, qanunvericiliyin tələbinə əsasən hesab edir ki, təqdimat təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 2(056)-960/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.1981-ci il təvəllüdlü Borclu təyin edilmiş məcburi müalicə ləğv edilməli və o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən azad edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-960/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.1981-ci il təvəllüdlü Borclu təyin edilmiş məcburi müalicə ləğv edilsin və o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsdən azad edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №8(008)-100/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-100/2024
22.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver