Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-101/2024 12.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə Borclu barəsində məcburi müalicənin davam etdirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin baş direktoru Elşən Mustafayevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin baş direktoru Elşən Mustafayev təqdimatla məhkəməyə müraciət edərək, Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-1352/2023 №-li qətnaməsinə əsasən xx.xx.1987-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu təyin olunmuş məcburi müalicənin davam etdirilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X5 ərizəyə baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin nümayəndə məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə ərizəyə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X4 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-1352/2023 №-li qətnaməsinə əsasən Borclu narkoloji tibb müəssisəsinə məcburi yerləşdirilməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsi Həkim-Məsləhət Komissiyasının xx.xx.2024-cü il tarixli 09 №-li rəyinə görə, Borclu məcburi müalicəsinin davam etdirilməsi barədə məhkəməyə təqdimatla müraciət edilməsi məsləhət görülür. Qeyd olunan rəydən görünür ki, Borclu məcburi müalicə tətbiq edilən zaman verilmiş təyinatları həvəssiz qəbul etmiş, şöbədaxili nizam-intizam və şəxsi gigiyena qaydalarına tam riayət etmir, gələcəkdə ayıq həyat tərzi keçirilməsinə qərarlı olmadığını bildiri, əmək terapiyasına həvəssiz qoşulur, xəstəliyinə tənqidi yoxdur, normal həyat tərzi keçirmək istəyində qərarlı olduğunu bildirmir. hal-hazırda müalicənin davam etdirilməsinə zərurət vardır. Azərbaycan Respublikasının Mülki Prossessual Məcəlləsinin 355-ci maddəsinə əsasən narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi müddətinin uzadılması narkoloji-tibb müəssisəsinin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir. Məhkəmə Borclu müayinəsini aparan Həkim-Məsləhət Komissiyasının xx.xx.2024cü il tarixli 09 №-li rəyinə qiymət verərək hesab edir ki, Borclu hazırki vəziyyəti nəzərə alınaraq məcburi müalicənin müddətinin uzadılması məqsədəuyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsin təqdimatı təmin edilsin. Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-1352/2023 №-li qətnaməsinə əsasən xx.xx.1987-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu təyin olunmuş məcburi müalicənin müddəti uzadılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №8(008)-101/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-101/2024
12.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver