Məhkəmə qərarları › İş №8(008)-102/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-102/2024

15.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-102/2024 15.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Ağayeva Səmayə Abdurəhim qızının katibliyi ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3196/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Gülzar Hüseynovanın təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3196/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu tələbkar X1 xeyrinə, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Gülzar Hüseynova məhkəməyə təqdimatla müraciət edərək təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədi xx.xx.2022-ci il tarixdə şöbəyə daxil olmuş və göstərilən tələbin könüllü qaydada təmin edilməsi barədə borcluya qərar və bildiriş göndərilmişdir. Lakin tələb Borclu tərəfindən könüllü qaydada təmin edilməmişdir. Borcluya edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, şöbəyə gəlməkdən boyun qaçırmışdır. Ona görə də, sözügedən icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun məcburi qaydada Sabunçu Rayon İcra Şöbəsinə gətirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin nümayəndəsi, iş üzrə tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barəsində məlumat verməmişdir. Buna görə də məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə hesab edir ki, təqdimat və ona əlavə edilmiş sənədlərlə borcluların icra məmurunun çağırışlarına üzrsüz səbəbdən gəlməməsi təsdiq olunduğundan, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3196/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu məcburi şəkildə Sabunçu Rayon İcra Şöbəsinə gətirilməsi təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1985-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuş, Cəbrayıl rayonu, Hacılı kəndində qeydiyyatda olan Borclu məcburi şəkildə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə gətirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar