Məhkəmə qərarları › İş №8(008)-107/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-107/2024

01.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-107/2024 01.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, Tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM : Tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət məhkəmənin icraatına qəbul edilmədən tələbkara geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-ci maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra məmuru icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.7-ci maddəsinə tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Lakin müəyyən olunur ki, Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2021-ci il tarixli qərarının surətinin tələbkarın ünvanına nə vaxt çatdırıldığını müəyyən etmək mümkün olmasa da, məhkəməyə xx.xx.2022-ci il tarixdə qaytarılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, sözügedən şikayət qanunla nəzərdə tutulan prosessual müddət keçdikdən sonra verildiyindən, geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264-cü və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: Tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar