Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-118/2024 14.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-1903/2016 saylı icra sənədinin geri qaytarılması barədə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarından tələbkar "xxxx" QSC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Tələbkar "xxxx" QSC məhkəməyə şikayət ünvanlayaraq, Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru Babək Qocayevin xx.xx.2017-ci il tarixli “İcra sənədinin qaytanlması haqqında” qərannı ləğv edilməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1903/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin icra hərəkətlərinin davam etdirilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1903/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə (qətnaməsinə) əsasən tələbkar "xxxx" QSC-nin ərizəsi təmin olunaraq Borclu, cəmi 878,12 manat məbləğində borcun tutulması əmr (qət) edilmişdir. İcra sənədi icra edilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon şöbəsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1903/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icra məmuru Babək Qocayev tərəfindən xx.xx.2017-ci il tarixdə “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.3-cü maddəsinə əsasən məhkəməyə geri qaytarılması qərara almışdır. Hal-hazırda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1903/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə 878,12 manat ödənilməmiş qalıq borc mövcuddur. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada, xəbər verilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət ərizəsi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli qərarın surətindən görünür ki, 2(008)- 1903/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi məhkəməyə qaytarılması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.2-cü maddəsinə əsasən borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinə əsasən İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyində tələbindən aydın olur ki, icra sənədi yalnız borclunun tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə qaytarıla bildiyi halda, icra məmuru bütün tədbirlərin görülməsini təsdiq edəcək sübutlar məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, tələbkarın ərizəsi təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-1903/2016 saylı icra sənədi icra edilmədiyindən Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilməli və icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264 və 269-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-1903/2016 saylı icra sənədinin qaytarılması haqqında Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №8(008)-118/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-118/2024
14.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver